0
Friday 2 August 2013 - 06:38

Məhbəsdə ibadətə qanun icazə verir, nəzarətçi vermir

Story Code : 289012
Məhbəsdə ibadətə qanun icazə verir, nəzarətçi vermir
Məhbəsdə ibadətə qanun icazə verir, nəzarətçi vermir
Islam times.org/az/ - Ötən gün bir neçə mətbuat orqanı cəzaçəkmə müəssisələrində inanclı məhbusların həbsdə olduqları zaman dini ehtiyaclarını ödəmək istədiklərində üzləşdikləri istirablar barədə xəbər və açıqlamalara yer verib.

Qobustan həbsxanasında ömürlük məhkum olan keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov 16 ildir oruc tutur, namaz qılırlar, onların şikayətinə görə cəzaçəkmə müəssisəsinə yeni gələn nəzarətçi nəfəsliyi bağlatdırıb, bu isə havasızlıq deməkdir, oruc tutan məhbuslar üçün havasızlıq işgəncədir.

Başqa bir şikayətçi, keçmiş hicab məhbusu Mehdi Şamillinin sözlərinə görə 14 saylı cəzaçəkmə müəssisəsində də ibadət edən məhbuslar təzyiqlərlə üzləşir, dindar məhbuslar namaz qılan zaman, səcdəyə getdikləri halda belə nəzarətçilər tərəfindən təpiklənməsi, alçaldılması adi hala çevrilib.

Elə həmin müəssisədə azan oxuduğu üçün hicab məhbusu Röyal Əsgərov karsa salınmışdı. Bu problemlərlə bağlı Penitensiar Xidmətin mətbuat katibliyinə müraciət olunub, katibliyin rəhbəri Mehman Sadıqov bildirib ki, məhbusların dini ayinləri yerinə yetirmələrinə cəzaçəkmə müəssisəsinin daxili nizam intizam qaydaları çərçivəsində yol verilir.

Bu da dolayısı ilə o deməkdir ki, hər bir cəzaçəkmə müəssisəsində nəzarətçilər, rəislər necə istəsələr elə də edə bilərlər, onlar dindar məhbuslara namaz qılmağa və oruc tutmağa mane olmaq istəsələr bunu edəcəklər, heç bir qüvvə onlara dinar məhbuslara zülm etməyə mane olmayacaq.

Ötən il Milli Məclis “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun qəbul edib. Bu qanun dindar məhbuslara ibadət etmək hüququ tanıyır, ancaq bu qanuna heç bir nəzarətçi məhəl qoymur, həbsxana nəzarətçiləri qanunu pozur və istədiklərini edir, onlara dur deyən yoxdur.
Source : Islamtimes
Comment