0
Friday 2 August 2013 - 21:32

Nardaranda etiraz aksiyası

Story Code : 289202
Nardaranda etiraz aksiyası
Bu barədə Azadxeber.net internet qəzetinin elektron ünbanına məlumat daxil olub.
 
Aksiyada müxtəlif çıxışlar edilib və Qüds gününün mahiyyəti barəsində danışılıb. Aksiyanın sonunda bəyanat səsləndirilib. Bəyanatı olduğu kimi sizə təqdim edirik: 
 
"Müqəddəs Ramazan ayının son cümə günü 2 avqust 2013-cü il Beynəlxalq Qüds günü ilə əlaqədar olaraq Nardaran haqsevərlərinin

B Ə Y A N A T I
 
Bu gün Ümumdünya Qüds günüdür. Qüds günü bütün dünyaya aiddir, təkcə Qüdsə məxsus deyil. Qüds günü-bütün işğal olunmuş torpaqların deyil, həm də işğal olunmuş əqidələrin, mənəviyyatların, işğal olunmuş tarixlərin və həqiqətlərin günüdür. Qüds günü müstəzəflərin imperialistlərin müqabilində dayandığı gündür. Qüds günü münafiqlərlə möminlərin ayrıldığı gündür.
 
Bu gün bütün dünya həqiqətsevərləri ilə birlikdə Nardaran camaatı da Qüdsün, Fələstinin və fələstinlilərin, həmçinin dünyanın hansı yerində olmasından asılı olmayaraq məzlumların, haqqı tapdananların yanında olduğunu bir daha bəyan edir. Bu gün Nardaran camaatı haqq səsini bir daha ucaldır. Bir daha işğalçı İsrailə, onun havadarı Amerikaya və digər işğalçılara lənət oxuyur. Bu gün bir daha məzlum Fələstin xalqının halına acıdığını bəyan edir, onların haqlarının, torpaqlarının qaytarılmasını tələb edir, şərəf və izzətlərinin toxunulmazlığının təmin olunmasını istəyir.
 
Bununla yanaşı insanlığa qənim kəsilən dünya hegemonlarının himayə etdiyi vəhhabi terrorçularının Suriyada, Misirdə, İraqda və digər ölkələrdə insanlığa qarşı törətdikləri cinayətləri kəskin şəkildə pislənilir.
 
Torpaqlarının 20%-i işğal olunmuş hər bir azərbaycan vətəndaşı, Qarabağ kimi dərdi olan, Xocalı soyqırımı yaşamış hər bir həmvətənimiz bu məsələyə laqeyd yanaşmamalıdır.
 
Bütün dünyada, o cümlədən Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması da işğalın bir hissəsidir. Nardaran camaatı yersiz və utanc gətirən böhtanlarla həbs edilən və saxlanılan dəyərli din xadimlərinin və möminlərin dərhal azadlığa buraxılmasını və ittihamların geri çəkilməsini, eyni zamanda söz və vicdan azadlığının təmin olunmasını tələb edir.
 
Bütün həqiqət və haqq tələb edən insanlar kimi Nardaran camaatı da, nəinki təkcə bu müqəddəs gündə, hər gün zülm və ədalətsizliklərə qarşı öz haqq səsini azaltmayacaq və həmişə haqq və ədalətin bərpası üçün mübarizə aparacaq."
Comment