0
Thursday 1 August 2013 - 14:55

Beynəlxalq Qüds Günü müsəlmanlara vəzifələrini xatırladır

Story Code : 289781
Beynəlxalq Qüds Günü müsəlmanlara vəzifələrini xatırladır
Beynəlxalq Qüds Günü müsəlmanlara vəzifələrini xatırladır
Islam times.org/az/ - Professor Bəşir Əhməd deyib ki, Qüds Gününün qeyd edilməsi müsəlmanların vəhdətini möhkəmləndirəcək.

Qüds Gününün əhəmiyyətindən danışan alim İran İslam Respublikasının banisi mərhum İmam Xomeynidən sitat gətirərək deyib ki, Qüds Günü müsəlmanlar arasında dirçəldilməli və müsəlmanların oyanış və agahlığının başlanğıcı olmalıdır.

O deyib ki, İmam Xomeyninin ideologiyasına əsasən müsəlmanlar Qüds Gününün bütün müsəlmanların günü və yaxud da zülmə məruz qalmış ümmət günü kimi qeyd etməlidirlər.

Bəşir qeyd edərək bildirib ki, İmam Xomeyninin mövqeyi və ideologiyası müqəddəs Qüdsün azad edilməsi və Fələstin xalqının öz hüquqlarını əldə etməsi üçün aparılan mübarizənin əsas dayağı kimi qəbul edilməlidir.

Bəşir bu məsələnin həqiqətən də bütün dünya müsəlmanları üçün çox mühüm olduğunu bildirmiş və demişdir ki, Qüds Günü Fələstin azadlıq hərəkatının tarixində çox əhəmiyyətli bir gündür. Bu gün bütün ərəblərlə yanaşı müsəlmanlara ümmətin qarşılaşdığı poblemlər qarşısında öz vəzifəsini xatırladır.

O daha sonra bildirib ki, müsəlman ölkələr Fələstin məsələsində fələstinlilərə möhkəm dayaq olmalıdırlar və müsəlmanların ilk qibləsini sionistlərin caynağından qurtarmalıdırlar.

Hindistanlı akademik deyib ki, İsrail rejiminin BMT bütün qətnamələrinə əməl etməsinə məcbur etmək üçün müsəlman dövlətlər ona qarşı diplomatik təziqləri etməlidirlər.
Source : Islamtimes
Comment