0
Monday 5 August 2013 - 20:38

İranı sanksiyalar ilə hədələməkdən əl çəkin

Story Code : 290058
İranı sanksiyalar ilə hədələməkdən əl çəkin
İranı sanksiyalar ilə hədələməkdən əl çəkin
Islam times.org/az/ - Bazar günü parlamentdə təşkil edilmiş and içmə mərasimində çıxış edən Ruhani deyib: “Mən səmimi şəkildə bəyan edərək bildirirəm ki, əgər siz lazımi nəticəni əldə etmək istəyirsinizsə bu zaman sanksiya dilindən əl çəkərək hörmət dilindən istifadə edin.”

Yeni prezident həmçinin qeyd edərək bildirib ki, İran ilə qarşılıqlı əlaqələrin yeganə yolu hörmət, səmimiyyət və düşməncə münasibətin aradan qaldırılması vasitəsi ilə qurulun dialoqdur.

Ruhani bildirib ki, onun siyasəti əasən dünya ilə münasibətləri yaxşılaşdırmaq və mövcud olan problemləri səmimi münasibət və dialoqlar vasitəsi ilə həll etməkdən ibarət olacaq.

O deyib: “Mən burada açıq şəkildə bəyan edirəm ki, İran heç vaxt dünya ilə müharibədə olmayıb. İslam Respublikası həmişə müharibə və münaqişədən uzaq olmağa çalışıb.”

O deyib: “İslam Respublikası həmişə regionda sülh və stabilliyin tərəfdarı olub. Biz sərhədlərin və hökumətlərin dəyişilməsi ardınca deyilik.”

ABŞ Tehranın nüvə enerji proqramından əl çəkməsi üçün İrana qarşı bir sıra qeyri qanuni sanksiyalar tətbiq edib.

İran təkidlə bu sanksiyaların qeyri qanuni olduğunu bildirmiş və demişdir ki, düşmən İslam Respublikasına qarşı sanksiya tətbiq etməklə ölkənin inkişafının və nüfuzunun qarşısını almaq istəyir.
Source : Islamtimes
Comment