0
Monday 5 August 2013 - 21:24

Senatorlar İrana qarşı daha sərt sanksiyalar tələb ediblər

Story Code : 290068
Senatorlar İrana qarşı daha sərt sanksiyalar tələb ediblər
Senatorlar İrana qarşı daha sərt sanksiyalar tələb ediblər
Islam times.org/az/ - 76 senator tərəfindən imzalanan məktubda İrana qarşı daha sərt sanksiya tələb olunur və təkidlə danışıqlar və güzəştlər qapısının bağlanmasını istəyirlər.

Senatın xarici əlaqələr komitəsinin rəhbəri Nyu Cersidən olan demokrat senator Robert Menendez və cənubi Karolinadan olan senator Lindsey Graham məktubun hazırlanamsına rəhbərlik ediblər.

Məktubda deyilir: “İran özünə vaxt qazanmaq üçün danışıqlardan bir vasitə kimi istifadə etmişdir.”

Senatorlar həmçinin bildiriblər ki, ABŞ Vaşinqtonun İrana qarşı hərbi hücumdan istifadə seçimini qanuniləşdirməlidir.
Ancaq senatorların bu addımı Ağ Evin qərarı ilə ziddir, çünki Ağ Ev İslam Respublikası ilə danışıqlar seçiminə üstünlük verir.

Məktub senatın sonuncu iclası zamanı və nümayəndələr palatasının İranın mədən və avtomobil sənayesi də daxil olmaqla neft ixracına və digər iqtisadi sahələrə qarşı sanksiyalar qanun layihəsini təsdiq etməsindən bir gün əvvəl prezident Obamaya göndərildi.

Senatda yüksək səs çoxluğu ilə qəbul edilən qanun layihəsi İran neft ixracını gün ərzində bir milyon barel dəyərində azaldacaq. Layihə senat tərəfindən təsdiq edildikdən və prezident Barak Obama tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Ancaq Ağ Ev bu həftə açıq şəkildə bu layihəni rədd etdi.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İran nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

Rəsmi Tehran isə öz növbəsində bu ittihamları rədd etmiş və Nüvə Silahı Yayılmam Razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib.
Source : Islamtimes
Comment