0
Saturday 10 August 2013 - 22:30

Obama Putini “darıxdırıcı uşaq” adlandırıb

Story Code : 291582
Obama Putini “darıxdırıcı uşaq” adlandırıb
Obama Putini “darıxdırıcı uşaq” adlandırıb
Obama cümə günü Ağ Evdə təşkil edilən mətbuat konfransında deyib: “Mən bilirəm ki, mətbuatın bənzətmə dilindən xoşu gəlir və o (Putin) sinif otağının arxasında beli bükük şəkildə oturan darıxdırıcı uşağa bənzəyir.”

Buna baxmayaraq Obama təkid ilə bildirib ki, onun Putin ilə pis münasibətləri yoxdur.
O deyib: “Ancaq həqiqət budur ki, danışıqlar zamanı o çox səmərəli bir insandır.”

Obamanın bu açıqlaması ABŞ və Rusiya rəsmilərinin Dövlət Departamentində görüşərək hansı sahələrdə əməkdaşlığın mümkün olmasını müzakirə etdikdən sonra gəldi. Onlar deyib ki, hərbi sahədə və Suriyadakı münaqişəyə siyasi həll yolunun tapılması mövzusunda razılığa gəliblər.

ABŞ və Rusiya arasında əlaqələr çərşənbə günü Ağ Ev prezident Obamanın sentyabr ayına təyin edilmiş Putin ilə görüşün təxirə salındığını elan etdikdən sonra daha da gərginləşməyə başlayıb.

Ağ Ev bu qərarı Moskva ABŞ milli təhlükəsizlik agentliyinin gizli məlumatlarını ictimailəşdirən Edvard Snoudenə sığınacaq verdikdən sonra verdi.

Obama deyib ki, o bu qərar ilə çox təəssüflənib və Rusiyanı “Soyuq Müharibə təfəkküründə” ittiham edib.

Obama vurğulayaraq bildirib ki, Putin keçən il Kremlə qayıtdıqdan sonra Rusiya tərəfindən bir çox anti-Amerika addımları atılıb və bu da köhnə Soyuq Müharibə adətlərini xatırladır.

Obama mətbuat konfransında deyib: “Yadda saxlayın ki, bizim sammitdə iştirak etməmək haqqında qərarımız Snouden ilə əlaqədar deyil. Bu Rusiya tərəfindən ABŞ-a qarşı olan bütün qərəzli addımlara bir cavabdır.”

Rusiya xarici işlər naziri Serqey Lavrov cümə günü etiraf edərək bildirib ki, ölkəsi ilə ABŞ arasında gərginlik var ancaq ikitərəfli münasibətlər hələ də davam edir.

ABŞ rəsmiləri dəfələrlə vurğulayaraq bildiriblər ki, hökumətin gizli cəsus proqramının üstünü açan Snouden ABŞ-a təhvil verilməlidir. Ancaq Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra rus rəsmiləri bu tələbə məhəl qoymayıblar.
Source : Islamtimes
Comment