0
Wednesday 21 August 2013 - 10:35

ABŞ-lılar vətəndaşlıqdan imtina edir

Story Code : 294396
ABŞ-lılar vətəndaşlıqdan imtina edir
Amerika Federal Statistika İdarəsi ABŞ vətəndaşlığından imtina edən vətəndaşların sayının 2013-cü ilin ikinci rübündə 1.131 nəfər olduğunu açıqladı. Vətəndaşlıqlarını qaytaranlara bu ilin ilk rübündəki 679 nəfər də əlavə olunduqda 1.810 nəfərə çatan rəqəm son illərin ən yüksək səviyyəsidir. Bu ilin ilk yarısında ABŞ vətəndaşlığından çıxanların sayı 2008-ci ilin yekun göstəricisi 235 nəfərlə müqayisə edildikdə, son göstərici 770% artdı, - TurkishNY.
 
ABŞ pasportunu geri qaytaranların böyük əksəriyyətini xaricdə yaşayanlardan ibarətdir.
 
Xaricdə təxminən 6 milyon amerikalının yaşadığı ifadə edilir.
 
/Deyerler/
Comment