0
Wednesday 28 August 2013 - 17:11

Baradeyi Mursiyə qurulan tələni etiraf etdi

Story Code : 296428
Baradeyi Mursiyə qurulan tələni etiraf etdi
Hərbçilər tərəfindən vitse-prezident vəzifəsinə gətirilən, ancaq sonra vəzifəsindən istefa verib ölkədən gedən Məhəmməd Baradeyi aralarında devrilmiş diktator Hüsnü Mübarəkin də olduğu dərin dövlətin Məhəmməd Mursiyə tələ qurduğunu söylədi, - Dünya Bülteni.
 
Baradeyi bildirib ki, "Mübarək rejimi" ölkədə hələ də mövcudiyyətini qoruyur.
 
Məhəmməd Baradeyi Mursi iqtidarına qurulan tələni belə anladıb: "Mursiyə tələni "dərin dövlət" qurub. 2011-ci il inqilabından 2 il keçməsinə baxmayaraq, Misirdə Mübarək rejimi hələ də davam edir. Mən Mursinin bəzi istiqamətlərdən haqlı olduğunu anladım. Çünki ona tələ quran və süni böhranlar yaradan elə "dərin dövlət"in özüdür.
 
Baradeyinin bu yazılı açıqlamaları bir sıra Ərəb qəzetlərində nəşr olunub. Baradeyi Mursinin görməli olduğu ilk vacib işin "məhkəmə sistemini təmizləmək" olmalı olduğunu bildirib. O, daha sonra bildirib: "Mübarək rejiminin meydana gətirdiyi "dərin dövlət" Mursinin seçkilərdə qələbə qazanacağını nəzərdə tutdu və iqtidara gəlməsinə imkan verdi. Lakin daha sonra onu devirmək üçün planlar hazırladılar, sui-qəsdlər qurdular, süni böhranlar yaratdılar. Yəni "30 İyun" hadisələri əvvəldən planlandırılmışdı və hazırlanmışdı".
 
/Deyerler/
Comment