Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Venesuela prezidenti ABŞ-ı Suriyaya hərbi müdaxilədən çəkinməyə çağırıb.
"Mən prezident Obamaya sülh məktubu göndərmişəm. Vətənimiz və müstəqil nümayəndələrimiz adından göndərdiyim məktubda insanlığı sevdiyimiz haqqında qeyd etmişəm. Sülh, sülh!" - deyə Maduro Twitter səhifəsində yazıb.
Qeyd edək ki, Venesuela prezidenti ötən həftə söz vermişdi ki, belə bir məktub göndərəcək. Onun fikrincə, Suriya problemi suriyalılar tərəfindən həll edilməlidir. /AzNews/