0
Friday 6 September 2013 - 08:50

Suriyaya dair fikir ayrılığının olduğu təsdiqlənib

Story Code : 299146
Suriyaya dair fikir ayrılığının olduğu təsdiqlənib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İtaliyanın baş naziri Enriko Leta bildirib.   

“Artıq sona çatmış şam yeməyi zamanı Suriyaya dair mövqelərdə fikir ayrılığının olduğu  təsdiqləndi”, deyə italiyalı hökumət başçısı Twitter səhifəsində fikirləri ilə bölüşüb.  

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Suriya məsələsinin müzakirəsi zamanı bir sıra dövlətlər beynəlxalq qurumlara əhəmiyyət vermədən təcili addımların atılmasının zəruriliyini qeyd ediblər. “Digər bir qrup dövlət isə beynəlxalq hüququ əsas tutmağı çağıraraq qeyd edib ki, güc tətbiqinə dair qərar vermək hüququ yalnız BMT Təhlükəsizlik Şurasının səlahiyyətindədir”, deyə Peskov qeyd edib. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, “qüvvələr təxminən bərabər qruplara bölünüb”. 
Comment