0
Saturday 21 September 2013 - 14:28

Milli Şuranın sessiyasında zindandakı ruhanilərdən danışıldı

Story Code : 303952
Milli Şuranın sessiyasında zindandakı ruhanilərdən danışıldı
Milli Şuranın sessiyasında zindandakı ruhanilərdən danışıldı
Dünən Müsavat partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib. Sessiyanı Milli Şuranın vahid namizədi Cəmil Həsənli açıb. Cəmil Həsənli sessiyadakı çıxışında qarşıdan gələn seçkilərə toxunub və namizədliyi barədə ona dəstək olan insanlara təşəkkür edib. Cəmil Həsənli çıxışında qeyd edib ki, “Bu gün hakimiyyət xalqa zülm edir. Karrupsiya hakimiyyətin bütün təbəqələrində hökm sürür. Biz tarixin bizim qarşımıza qoyduğu vəzifəni dərk edərək, işə məsuliyyətlə yanaşmalıyıq. Mən burdan dəstək olan insanlara təşəkkürümü bildirmək istəyirəm. Keçən dəfə məhkəmə iclasında REAL hərəkatının sədri İlqar Məmmədov namizədliyinin qeydə alınmaması üçün etdiyi şikayət əsasında keçirilən məhkəmə iclasında bizə dəstək olduğunu açıqlayıb. Mən İlqar bəyə öz təşəkkürümü bildirirəm. Bu yaxınlarda mənim namizədliyimi dəstəkləyən bəyanatla çıxış edən Hacı Tale Bağırova öz təşəkkürümü bildirirəm və bu addımını yüksək dəyərləndirirəm. Burdan həm Hacı Abgül Süleymanova, həm Hacı Mövsüm Səmədova və həmdə Hacı Tale Bağırova salamlarımı göndərirəm. Sovet dövründə ateistlərin etmədiyi zülmü indiki hakimiyyət inanclı insanlara qarşı edir. Bu yolverilməzdir. Biz bütün insanların xüsusəndə inanclıların hüquqlarının bərpa olunmasının tərəfdarıyıq və bunuda tələb edirik. Əsas hədəflərimizdən biri siyasi, vicdan məhbusu olmayan Azərbaycan qurmaqdır. Qara günlü millətin ziyalısının ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur. Biz bu mübarizənin önündəyik, bu işi qələbəylə bitirməkdə qərarlıyıq, siz də gəlin, mübarizə sırasında yer alın. Azərbaycan xalqı qürurlu xalqdır. ”

Daha sonra Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov hesabat xarakterli çıxış edib.

Həsən Kərimov çıxışında bildirib ki, “Bu günə qədər seçkini müşahidə etmək üçün 9 minədək məşvərətçi təyin olunub. 22 minə qədər təbliğat materialı çap olunub, bu vaxta qədər onların 70 faizi yerlərdə realizə olunub. 120 səlahiyyətli nümayəndə təyin olunub, onların 103-nün sənədi alınıb. Milli Şura üzvlərinin səylərini artırmaq lazımdır. AXCP keçirdiyi marafonla Cəmil bəyin hesabına 7 min manat ianə edib. Bu kampaniyaya bütün partiyalar qoşulmalıdır.

Milli Şuranın İctimai Əlaqələr komissiyasının sədri Mehman Əliyev də görülən işlərin hesaabatını təqdim edbi. Bildirib ki, “bəzi təbliğati çap məhsullarının hazırlığı gedir, eləcə də http://camilhasanli.com/ adlı sayt yaradılıb, Cəmil bəyin təşviqat materialları orada yerləşdirilib. Kimin imkanı var, oradan endirim edərək, çap edib paylaya bilər.”

AXCP sədri Əli Kərimli sessiyada çıxış edib. O çıxışında deyib ki, “Debatdakı iki çıxışı ilə ölkədəki vəziyyəti dəyişib və seçkiyə start verilən vaxtdakı ab-havadan müsbət mənada fərqlənən yeni situasiya yetişib. Bu fərqin əsas səbəbkarı bizim Milli Şuranın namizədidir. O, Milli Şuranın və bütövlükdə müxalifətin etimadını tam doğruldub. Buna görə ona təşəkkür edirik. Cəmil bəy artıq təkcə Milli Şuranın namizədi deyil, o, bütövlükdə əzilən Azərbaycan xalqının ucalan haqq səsinə çevrilib. “

Müsavat başqanı İsa Qəmbər isə çıxışında Cəmil Həsənlinin qısa zamanda siyasi proseslərin liderinə çevrildiyini vurğulayıb: “O, son dövrlər etdiyi çıxışları, verdiyi açıqlamaları və son iki debat vasitəsilə xalqın vahid namizədinə çevrildi. Cəmil bəyin çıxışı ilə xalqın bu düşərgəyə olan inamı daha da artdı”.

İsa Qəmbər Milli Şuranın seçki qərargahının fəaliyyəti barədə də danışıb: “Milli Şuraya daxil olan partiyalar, gənclər hərəkatının üzvləri, ziyalılar çox böyük fədəkarlıqla təşviqat kampaniyasıyla məşğul olur. Amma bütün bunlar qələbə üçün yetərli deyil. Gərək biz hakimiyyətin namizədindən iki dəfə çox yox, 5-6 dəfə çox səs toplayaq”.

İsa Qəmbər eyni zamanda, ölkədəki sahibkar təbəqəsinə səslənib, onlardan seçki kampaniyasına dəstək istəyib: “Biz cəmiyyətimizi çox asan seçimə dəvət etmişik. Bu seçim oğru ilə doğru arasındadır. Xalq özü oğru ilə doğrunu o qədər dəqiq tanıyır ki, biz əgər xalqın qapısını döyüb qəlbinə, şüuruna xitab edə bilsək, qələbə qazanacağımıza heç bir şübhəm yoxdur”.

Daha sonra çıxışlarında Milli Şura üzvləri Hacıbaba Əzimov, Əvəz Temirxan, Bəybala Əbil, Eldar Namazov, Sülhəddin Əkbər Seymur Həzi, Vəfa Cümşüdlü, Sahib Kərimli seçki kampaniyası ilə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.(Islamazeri)
Source : Musavat
Comment