0
Wednesday 25 September 2013 - 16:11

Ruhaninin BMT-dəki çıxışı İsrail baş nazirini qıcıqlandırıb

Story Code : 305684
Ruhaninin BMT-dəki çıxışı İsrail baş nazirini qıcıqlandırıb
Ruhaninin BMT-dəki çıxışı İsrail baş nazirini qıcıqlandırıb
Çərşənbə axşamı günü çıxışdan dərhal sonra yayılan hesabatda Netanyahu deyib ki, çıxış “riyakarlıq” ilə dolu idi.
Hər halda çıxış zamanı İsrail nümayəndə heyyəti zalda deyildilər.


Netanyahu deyib: “Çox yaxşı olub ki, İsrail nümayəndə heyəti zalda olmayıblar. Mən İsrail nümayəndə heyyətinin bu dözümsüz çıxışın tərkib hissəsi olmasını istəməzdim.”

Netanyahu həmçinin deyib ki, İran danışıqlardan istifadə etməklə nüvə silahı istehsal etmək üçün vaxt qazanmaq istəyir.

Netanyahu deyib: “Bu əlbəttə ki, İranın planıdır – danışıqlar aparmaq və nüvə silahı bacarığını əldə etmək üçün vaxt qazanmaq.”

Netanyahu deyib ki, o məsələni gələn həftə Obama ilə Ağ Evdə görüşü zamanı müzakirə edəcək.

BMT-də çıxışı zamanı Ruhani deyib ki, İran İslam Respublikası dünya üçün heç bir təhlükə yaratmır və Tehran bütün şəffaflığı ilə nüvə enerji proqramı məsələsində danışıqlara hazırdır.

O deyib: “Nüvə silahları və digər kütləvi qırğın silahlarının İranın təhlükəsizlik və müdafiə sektorunda heç bir yeri yoxdur və bizim dini və əxlaqı görüşlərimiz ilə uyğun gəlmir.”

İran prezidenti ABŞ-ın Tehran ilə fərqlilikləri aradan götürməsi üçün ABŞ prezidenti Barak Obamadan müharibə çağırışları edən kiçik qruplardan əl çəkməyi tələb edib.

ABŞ, İsrail rejimi və onların bəzi müttəfiqləri İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək rəsmi Tehranı müharibə ilə təhdid ediblər.

İran isə öz növbəsində bir sıra beynəlxalq təşkilatların üzvü olaraq nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqının olduğunu deyib.
Source : Islamtimes
Comment