0
Sunday 29 September 2013 - 00:26

Nüvə danışıqları ABŞ-ın İrana münasibətdə İsraildən ayrıldığını göstərir

Story Code : 306387
Nüvə danışıqları ABŞ-ın İrana münasibətdə İsraildən ayrıldığını göstərir
Nüvə danışıqları ABŞ-ın İrana münasibətdə İsraildən ayrıldığını göstərir
Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, İran və dünyanın altı dövləti arasında baş verən nüvə danışıqları ABŞ-ın İran siyasətində dəyişikliyini və İsrailin İslam Respublikasına qarşı yazdığı ssenaridən uzaq durduğunu göstərir.

Siyasi ekspert olan Mark Glenn deyib: “Mən fikirləşirəm ki, bu görüş yeni mərhələnin başlanğıcına işarədir və bundan sonra biz ABŞ-ı İsrailin planına uyğun İran ilə nüvə danışıqları aparmaq ssenarisindən uzaq duracağının şahidi olacayıq.”

O qeyd edərək bildirib ki, İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı və ABŞ dövlət katibi Con Kerrinin cümə axşamı günü İran ilə nüvə danışıqlarında aktiv iştirakı İsrail baş naziri Benyamin Netanyahunu qəzəbləndirib.

İran, Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və Almaniyanın xarici işlər nazirləri cümə axşamı günü Nyu Yorkda BMT iqamətgahında danışıqlar keçiriblər.

Görüş iştirakçıları danışıqların nəticəsindən xeyli razı qaldıqlarını deyiblər.

İran və dünyanın altı dövləti Theranın nüvə enerji proqramı üzərində bir sıra danışıqlar aparıblar. Hər iki tərəf sonuncu görüşü aprel ayında Kazaxstanın Almata şəhərində keçirmişdilər.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsəd üçün istifadə etməkdə ittiham edərək hərbi müdaxilə ilə təhdid ediblər.

İran bütün bu ittihamları kəskin şəkildə rədd etmiş və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü və Nüvə Silahı Yayılmama Razılığını imzalayan bir dövlət kimi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib.
Source : Islamtimes
Comment