0
Sunday 29 September 2013 - 21:07

Bəhreyn rejimi 50 şiəyə 15 il həbs cəzası verib

Story Code : 306690
Bəhreyn rejimi 50 şiəyə 15 il həbs cəzası verib
Bəhreyn rejimi 50 şiəyə 15 il həbs cəzası verib
Bəhreyn hökuməti 50 şiə müsəlmana 15 ilə qədər həbs cəzası verib.

Bəhreyn məhkəməsi 14 fevral inqilabi gənclər koalisiyasını yaratmaqda təqsirkar bilinən və qaib olan iraqlı ruhani Hadi əl Mudərrisi də daxil olmaqla bir sıra şiə müsəlmanlara bu haqda höküm oxuyub.


Bəhreyn rejimi anti-rejim fəalları terrorizmdə ittihamlandırır.

Məhkəmə 16 şəxsə 15 il, dörd nəfərə 10 il və digər 30 nəfərə isə beş il həbs cəzası verib.

2011-ci ilin fevral ayının ortasından etibarən minlərlə demokratiya yönümlü etirazçılar Bəhreyn küçələrinə axışaraq Ali Xəlifə rejiminin hakimiyyətdən getməsini tələb ediblər.

Manama insan hüquq müfəttişləri 2011-ci ilin əvvəllərində anti rejim nümayişçilərinə qarşı olunana zorakılıq səbəbindən tənqid atəşinə tutulublar.

Yerli mənbələrin verdiyi məlumata əsasən 2011-ci ilin mart ayından etibarən onlarla insan qətlə yetirilmiş və yüzlərlə insan isə həbs edilmişdir.

İnsan Hüquq müdafiəçilərinin verdiyi məlumata əsasən həkim və tibb işçiləri hökumət qüvvələri tərəfindən zorakılıq nəticəsində yaralanan və zədə alan şəxslərə kömək etdikləri üçün həbs ediliblər və işgəncəyə məruz qalıblar.
Source : Islamtimes
Comment