0
Tuesday 1 October 2013 - 14:57

"Türkiyə "Əl-Nusra" ilə arasına məsafə qoydu..."

Story Code : 307211
"Türkiyə "Əl-Nusra" ilə arasına məsafə qoydu..."
"Türkiyə "Əl-Nusra" ilə arasına məsafə qoydu..."
Baş nazir Ərdoğan Denizlidəki toplu açılış mərasimində etdiyi çıxışında radikal İslamçı terror təşkilatlarının reallaşdırdığı hücumları tənqid edib. İslamın sülh dini olduğunu söyləyən Ərdoğan, "Bu terror təşkilatları "Əl-Qaidə" və sairə ... Bunlar İslam ilə terrorun yan-yana eyni sırada adının çəkilməsinə səbəb olmuşdur"-desyə, qeyd olmuşdur. Xarici siyasət üzürə mütəxəssislər baş nazirin bu çıxışını "Əl-Qaidə"yə yönələn sərt ifadələr olaraq şərh etdilər.

-Semih İdiz: Radikal İslamçı qruplar bölgədəki hər kəs üçün baş ağrısıdır. Ərəb ölkələri və İran başda olmaq üzrə, bölgədəki başlıca ölkələr bu təşkilatları təhdid olaraq görür. Qərbin təhdid olaraq gördüyü əvvəldən bəri məlum idi. Türkiyə də bu ümumi mövqe daxilində bu mövqeyə yaxın bir tutum sərgiləyir ki, bu normaldır. Bu qrupların, xüsusilə də Suriyada fəaliyyət göstərənlərin Türkiyənin başını ağrıtacağı dəqiq bir şəkildə görülürdü. Yalnız Pakistandakı kilsəyə təşkil edilən hücumu pisləyərək deyil, indi artıq baş nazir Ərdoğan başından bəri "Suriya üçün demokratiya istəyirik, başqa bir şey istəmirik" deyir. Lakin bunun müqabilindən Suriyadakı radikal İslamçı qruplar ortaq bir bəyanat verərək, "Demokratiya deyil, şəriət istəyirik. Bunun üçün mübarizə edəcəyik" deyirlər. Bu qrupların həm ifadələri, həm də hərəkətləri dünənə qədər bu qrupları dəstəkləyən AK Partiya iqtidarını çətin vəziyyətə salacaq bir şəkildə durumları dəyişdi. Əvvəllər, Əsədə qarşı təsirli bir qrup olması səbəbiylə, hər nə qədər "Əl-Nusra"ya qarşı bir az yaxşı davransalar da, artıq o dövrün bağlandığı aydın olmuşdur. Bu qruplar Türkiyə baxımından bir tərs münatanasiblik meydana gətirir. Türkiyə Suriyadakı müxaliflərin silahlandırılmasını istəyən bir ölkədir. Qərb isə göndəriləcək silahların bu təhlükəli qrupların əlinə keçməsindən qorxur. Bu səbəbdən Suriya müxaliflərinin silahlandırılması məsələsində Türkiyənin icra etdiyi lobbi fəaliyyətlərinin qarşısında yenə bu İslamçı təşkilatlar mane olaraq meydana çıxdı. Ərdoğanın bu tənqidləri indi dilə gətirməsi strateji bir dəyişikliyin göstəricisidir.

-Mənsur Akgün:
Əslində bu bir yenilik deyil. Türkiyə əvvəldən bu yana radikal İslama qarşıdır. Lakin ilk dəfə bu qədər yüksək səslə və baş nazirin ağızından kəskin bir dillə bu ifadə edilir. Belə olması son dərəcə normaldır, çünki artıq Türkiyə də hədəfə alınmışdı. Mogadişuda Türkiyə səfirliyinə təşkil edilən bombalı hücum buna misaldır. Türkiyənin Suriyada dəstəklədiyi qrupların (Azad Suriya Ordusu) qarşısına "Əl-Qaidə" ilə əlaqəli təşkilatlar çıxardıldı. Bu vəziyyət problemin siyasi yolla həll olunması və bölgədə güclənmək istəyən Türkiyənin işini çətinləşdirdi. Bunlar Əsəd rejiminin və Suriyadakı sistemin ömrünü uzadan əmin edəcək olan şeylərdir. Bu şərtlər altında baş nazirin ağızından radikal islamçıların, daha doğrusu İslam adına edilən terroru bu şəkildə lənətləməsindən daha təbii bir şey ola bilməzdi.

-Burak Bilgehan Özipek:
Baş nazirin "Əl-Qaidə" şərhi 2002 -ci ili xatırlatdı. AK Partiya iqtidara gəldiyində əlbəttə ölkədə müəyyən şərtlər var idi. Ancaq dünyada da bir radikal İslam ya da "İslam terrorizmi" təsbiti vardı. Dünya bu İslam modelindən daha mülayim bir İslam modeli gördüyündə bunu dəstəkləməyə meyl edirdilər. AK Partiyanın siyasi ifadələri, ideoloji olaraq radikal İslamdan ayrı bir mövqedə olmasına səbəb olmuşdu. Bu cür şərhləri Ərdoğandan daha əvvəl də eşitmişik. Ayrı bir İslami model, ayrı bir İslami baxış onsuz da ortada idi. AK Partiya xarici siyasəti Yaxın Şərqi yenidən dizayn etmə planlarına müdaxil olunca bəzi suallar ortaya çıxdı. Bunlardan biri Əsəd əleyhdarı olan İslamçı təşkilatlardı. Əsədin devirmək üçün dəstək verilən müxaliflər arasında İslamçı qruplar da var. Bu vəziyyət şübhə və narahatlığı daha da artırır. Ərdoğan bu gün gəlinən nöqtədə Suriyaya müdaxilə olmayacağını anladığı üçün özünün dəstəklədiyi qruplar içindəki "Əl-Nusra"nın da ola biləcəyi ehtimalı göz önündəykən, onlarla arasında bir məsafə qoyma ehtiyacı duymuş ola bilər.
Source : Islamtimes
Comment