0
Friday 4 October 2013 - 00:23

İranın xarici işlər naziri BMT baş katibi ilə görüşüb

Story Code : 307822
İranın xarici işlər naziri BMT baş katibi ilə görüşüb
APA-nın İRNA-ya istinadən məlumatına görə, bu, son iki həftə ərzində tərəflər arasında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində baş tutan sayca üçüncü görüşdür. P.G.Mun bildirib ki, BMT Baş Assambleyasının builki sessiyası əvvəlki yığıncaqlara nisbətən yüksək səviyyədə keçib: “Xüsusilə İran prezidenti və rəhbərlik etdiyi nümayəndə heyətinin iclasa qatılması, aktiv fəaliyyəti və fikirlərini açıq şəkildə bəyan etməsi BMT Baş Assambleyasının 68-ci sessiyasının daha canlı, dinamik və coşğulu keçməsinə səbəb olub”. BMT baş katibi rəhbərlik etdiyi təşkilatın Suriya böhranı ilə bağlı səyləri barədə son vəziyyətə də toxunub: “Suriya böhranına son qoyulması məsələsində İranın təsirli bir rol oynaya bilər. Bunun üçün BMT həmişə İranın Suriya ilə bağlı görüşlərdə iştirakını dəstəkləyir”. P.G.Mun İranın nüvə məsələsi ilə bağlı anlaşılmazlığın aktiv və təsirli təkliflər yolu ilə həll edilməsini istəyib. Eyni zamanda BMT baş katibi İranın bölgədə rolunun mühüm olduğunu deyərək, rəsmi Tehranla rəhbərlik etdiyi təşkilat arasındakı yaxın dialoq və əməkdaşlığın davam etməsini məqbul sayıb. M.C.Zərif isə öz növbəsində Suriya böhranının həllində İranın yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
Comment