0
Wednesday 9 October 2013 - 16:45

Paris və Riyad suriyalı üsyançılara daha çox yardım etmək haqqında razılığa gəliblər

Story Code : 309688
Paris və Riyad suriyalı üsyançılara daha çox yardım etmək haqqında razılığa gəliblər
Paris və Riyad suriyalı üsyançılara daha çox yardım etmək haqqında razılığa gəliblər
Fransa müdafiə naziri Cin Yves Le Drian bazar ertəsi günü deyib: “Bizim məsələyə yanaşmamış Səudiyyə Ərəbistanı ilə üst-üstə düşür.”

O bu açıqlamanı Ciddə şəhərində Səudiyyə rəsmiləri ilə etdiyi danışıqlardan sonra bəyan edib.
Fransa müdafiə naziri deyib ki, Paris və Riyad Suriya Milli Koalisiyasını və terrorist Azad Suriya Ordusunu hərbi, humanitar və siyasi müstəvidə dəstəkləyəcək.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Məlumat və faktlara əsasən Qərb dövlətləri və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya daxilində fəaliyyət göstərən üsyançıları dəstəkləyirlər.

Suriya münaqişəsinə son qoymaq üçün ABŞ-Rusiya tərəfindən Cenevrədə beynəlxalq konfransın keçirilməsi təklifinə toxunan Le Drian deyib ki, Paris ümid edir ki, Cenevrə konfransı uğurlu olacaq və Suriyaya hərbi müdaxiləyə ehtiyac qalmayacaq.

Rusiya xarici işlər naziri Serqey Lavrov deyib ki, Moskva və Vaşinqton Cenevrə konfransının noyabr ayının ortalarında keçirilməsi haqqında razılığa gəliblər.

Səudiyyə Ərəbistanında üç günlük səfərdə olan Le Drian neft ilə zəngin olan krallıq ilə hərbi müqavilələr bağlamaq niyyətindədir.

Fransalı nazir həmçinin iki ölkə arasında mövcud olan 1,77 milyard dollarlıq hərbi müqaviləyə toxunub.
Source : İslamtimes
Comment