0
Wednesday 9 October 2013 - 23:37

Hicaba qadağa aradan götürüldü

Story Code : 309826
Hicaba qadağa aradan götürüldü
Hicaba qadağa aradan götürüldü
Çərşənbə axşamı günündən etibarən Türkiyə demokratik islahatların tərkib hissəsi olaraq on illərdən bəri dövlət inistitutlarında İslami hicaba qoyulan qadağanı aradan qaldırıb.

Təxminən 90 il bundan əvvəl Türkiyə Respublikasının yarandığı ilk günlərdən indiyə qədər mövcud olan hicab qadağası xeyli qadının ictimai işlərlə məşğul olmasının qarşısını almışdır. Ancaq sekularistlər bu qadağanın aradan qaldırılmasını hökumətin İslami prinsipləri həyata keçirməkdə ittiham edirlər.

Məhkəmə və orduya şamil olmayan yeni qanunlar qəbul olunduqdan dərhal sonra qüvvəyə minərək əksəriyyəti müsəlman olan ancaq konistitusiyada sekular xalq kimi təqdim edilən Türk xalqına şamil edilib.

Baş nazirin müavini Bekir Bozdağ öz Twitter hesabında deyib: “İnsanların geyim və həyat tərzi azadlıqlarını pozan qeyri bərabərlik, ayrıseçkilik və ədalətsizliyin mənbəyi olan qanunlar artıq tarix olub.”

Baş nazir Rəcəb Tayyib Ərdoğanın tənqidçiləri onu 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən qurulan sekular hökumətə təhdid kimi görürlər.

Ərdoğanın dəstəkçiləri, məxsusən də Anadolu ictimaiyyəti deyir ki, baş nazir sadəcə qanunların balansını yaradır və əksəriyyəti müsəlman olan ölkənin dini azadlığını bərpa edir.

1925-ci ildə Atatürk tərəfindən geyim islahatı çərçivəsində qadağan edilən hicab geyiminə qadağanın aradan götürülməsi keçən həftə Ərdoğan tərəfindən təqdim edilən “demokratikləşmə paketinin” tərkib hissəsidir.

Bu islahat proqramının əsas səbəbi Türkiyə Kürdlərinin hüquqlarını bərpasını nəzərdə tutur. Belə ki, bu islahat nəticəsində seçki sistemində dəyişikilik ediləcək, dil hüquqları genişləndirəcək və kəndlərdə original kürd adlarından istifadəyə icazə veriləcək.
Source : Islamtimes
Comment