0
Thursday 10 October 2013 - 01:04

Əl-Qaidə atəşi Türkiyənin ovuclarında

Story Code : 309847
Əl-Qaidə atəşi Türkiyənin ovuclarında
Əl-Qaidə atəşi Türkiyənin ovuclarında
İndi qərblilərin əldən-ələ keçirdiyi “atəş” onun ovucundadır. Buna dair bəzi duyğularım və analizlərim var:

1) Qaranlıq kimliyi olan Bəndər bin Sultan, İslam ölkələrinə saldığı vəhşi teröristləriylə hökumətləri təzyiq altında tutur. Ərdoğan bunun tipik nümunəsidir.
2) Suriyadakı sələfi vəhşilik yalnız Suriyalılar üçün deyil, eyni zamanda Türkiyəyə və hökumətə gözdağıdır və arxasında səudiyyəli Bəndər də var.
3) Səudiyyəli Bəndər Türkiyənin içində bizi belə təəccübləndirən hərəkətləriylə həm cəmiyyəti qorxutmağa çalışır, həm də Ərdoğanı ovucunda saxlayır.
4 ) Gizli mənbələrin bildirdiyinə əsasən, Bəndərin əlində MİT-in Suriya əməliyyatları iləbağlı çoxlu məlumat var və ifşa etmə təhdidiylə hələlik “gəmisini” idarə edir.
5) Qaranlıq kimliyi olan Bəndər Ərdoğandan istədiyini ala bilməyəcək vəziyyətə düşsə əlinin altındakı vəhşi terroristləri Türkiyənin üstünə salacaq.
6) Bəndər Ərdoğanın yuxarı başda qonaq etdiyi terror canisi Haşiminin də müdiridir. Ərdoğan Haşimiyə nəinki toxuna bilmir, ona kral qonaqlar kimi davranır.
7) Şəxsi qənaətlərim və bəzi gizli mənbələrin məlumatlarına görə Ərdoğan sələfi terrorla özü arasına məsafə qoyduğunda Bəndər düyməyə basacaq və Türkiyə buna hazır deyil.
8) Bəndərin idarə etdiyi terror şəbəkəsi küncə sıxışdırılsa dəlicə terror tədbirlərinə əl ata bilər. Məsələn Ərdoğana sui-qəsd etmək kimi.
9) Sələfi terrorunu Suriyada hökumətə qarşı çevrilişdə istifadə etməyin gözəl fikir olduğunu zənn edirdi Ərdoğan, Amerikalıların fikir dəyişdirməsiylə çətin vəziyyətə düşdü, ortada qaldı.
10) Livanda Rəfiq Haririyə təşkil edilən sui-qəsd İsrailin Bəndər əliylə reallaşdırdığı əməliyyatlardan idi. Ərdoğan bunu heç unutmamalıdır.
Source : Islamtimes
Comment