0
Saturday 12 October 2013 - 23:24

Türkiyəyə ciddi xəbərdarlıq!

Story Code : 310690
Türkiyəyə ciddi xəbərdarlıq!
Türkiyəyə ciddi xəbərdarlıq!
“Ərdoğanın Əsəd ilə arası niyə korlandı?” sualına cavab verən Rus politoloq və Orta Şərq üzrə mütəxəssis Stanislav Tarasov maraqlı və diqqətçəkici şərhlər etdi. Bəşər Əsədin və Rəcəb Tayyib Ərdoğanın bir zamanlar bir-birinə “qardaşq deyə xitab etdiyini və ailəcə dostluq etdiyini ifadə edən Tarasov: “uzun zamandır yalnız media qurumları vasitəsiylə ünsiyyəti davam etdirirlər, həm də bunun heç də dostca olduğu deyilə bilməz” şərhini verdi. Baş nazir Ərdoğanın Suriya prezidentinin taleyi ilə əlaqədar bir çox pessimist proqnozları olduğunu söyləyən Tarasov Əsədin Alman medyalarına verdiyi açıqlamada “Türkiyə Suriyadakı terroristləri dəstəkləməsinin əvəzini ağır ödəyəcək” dediyini xatırlatdı. Böhrandan əvvəl yaxın dostluğu paylaşan Əsma Əsəd və Əminə Ərdoğanın həyat yoldaşları olmadan söhbət etmək üçün bəzən görüşdüklərini söyləyən Stanislav Tarasov böhrana baxmayaraq Əminə Ərdoğan ilə Əsma Əsədin bir-birlərilə yenə telefonla danışmaları halında aradakı buzların əriyə biləcəyini bildirdi.

Qərblilər Şama gedib gəlir
Rusiya ilə Amerika arasında Suriyadakı kimyəvi silahların məhvi razılaşmasının imzalanmasından sonra Ərdoğanın verdiyi açıqlamada: “Əsədə güvənmə” çağırışında olduğunu söyləyən Tarasov bunları söylədi: “Ərdoğan Əsədi “dövlət adamı” olaraq görmədiyini, “terrorist” olaraq gördüyünü söylədi. Eyni zamanda ABŞ xarici işlər naziri John Kerry Kimyəvi Silahların qadağan olunması Təşkilatı mütəxəssislərinin Suriyadakı kimyəvi silahların məhvi prosesi çərçivəsində ilk əməliyyatını müvəffəqiyyətlə reallaşdırdıqları üçün Bəşər Əsədi təriflədi. Bu an isə gündəmi işğal edən mövzu Suriya böhranı həllinin siyasi mərhələsinə keçmə, Beynəlxalq Cenevrə 2-ci Konfransı çağrılmasının şərtləri və tarixinin təyin olunmasıdır. Qərb mediaları nümayəndələri Şama tez-tez gəlməyə başladılar. Bəşər Əsəd Qərb televiziya kanalları və qəzet səhifələrindən düşmür. Yaxşı, Türkiyə indi nə vəziyyətdədir? Dünya ictimaiyyətinin ciddi şəkildə Suriyalı müxalif gücləri koalisiyasını yaratmaq səyləri indiyə qədər nəticələr verməmişdi. Ayrıca Amerika və Avropa medialarında çox sayda çıxan şərhlərin təsiriylə Qərb ictimaiyyəti Türkiyəni “Suriyadakı terror qruplarını dəstəkləyən” bir ölkə olaraq qəbul etməyə başladı.

Türkiyə ölçülü davranmalıdır
İndiki vəziyyətdə Türkiyənin sürətli və ölçülü davranması gərəkliliyini söyləyən Rus mütəxəssis Tarasov: “Əks halda ölkə “itirən tərəfdə” yəni Suriya ilə əlaqədar Rus -Amerikan müqavilələrinin imzalanmasından sonra da Əsədin zorla iqtidardan uzaqlaşdırılmasına istiqamətli köhnə strategiyaya uyğun davam edən Yaxın Şərq ölkələrinin başında qalma təhlükəsiylə qarşı-qarşıya qala bilər” dedi. Tarasov bunları söylədi: “Kim bilir, bəlkə də gəlinən nöqtədə tək telefon danışığı hər şeyi həll edə bilərdi. Tərəflərin qarşılıqlı istəyi varsa deyilməsi lazım olan sözlər də olacaq. Siyasət - sıravi bir qonşular arasındakı əlaqələrin eynisi deyil. Burada siyasi lazımlılıq varsa, fərdi küsülülüklər asan unudular”.
Source : Islamtimes
Comment