0
Wednesday 16 October 2013 - 00:12

Azərbaycan həbsxanalarında ən az 140 siyasi məhbus qalır

Story Code : 311482
Azərbaycan həbsxanalarında ən az 140 siyasi məhbus qalır
Azərbaycan həbsxanalarında ən az 140 siyasi məhbus qalır
Onların fikrincə, əfv yalnız iki siyasi məhbusa – Fərhad və Rafiq Əliyev qardaşlarına (keçmiş iqtisadi inkişaf naziri və Azpetrol şirkətinin keçmiş rəhbəri) toxunub.

Onların azad edilməsindən sonra Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun (HMTMQ) köhnə siyahısında 9 siyasi məhbus qalır.

Lakin HMTMQ üzvü, İnsan Hüquqları və Qanunçuluğa riayət olunması bürosunun rəhbəri Səidə Qocamanlı Turan-ın müxbiri ilə söhbətində bildirib ki, bu qrup hələ məhkəmə qarşısına çıxmamış Nida gənclər hərəkatının 7 fəalını, Respublikaçı Alternativ vətəndaş hərəkatının lideri İlqar Məmmədovu və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu potensial siyasi məhbus hesab edir.

Qocamanlı bu şəxslərin məhkəmə prosesləri zamanı azad ediləcəyinə ümid etdiyini bildirib.

HMTMQ həmçinin Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədovun və onunla birlikdə həbs edilmiş digər 6 islamçının həbs olunmasının tərəfdarıdır.

Lakin Qocamanlı Qurban bayramlı ərəfəsində 153 nəfəri azadlığına qovuşduran əvf sərəncamını müsbət qiymətləndirib. Qocamanlı ilin sonuna qədər yeni əvf fərmanları veriləcəyinə, onların siyasi məhbuslara da toxunacağına və bu problemin tamamilə həll ediləcəyinə, bununla yanaşı, digər QHT koalisiyası – İnsan Hüquqları Klubu (rəhbəri Rəsul Cəfərov), Sülh və Demokratiya İnstitutu (direktoru Leyla Yunus) və Hüquqi Araşdırmalar üzrə Beynəlxalq Təşkilat (rəhbəri vəkil Cavanşir Süleymanov) 142 nəfərdən ibarət siyahı tərtib edib. Həmin siyahı oktyabrın başlanğıcında AŞPA-nın payız sessiyası çərçivəsində tədbirdə yayılıb.

Bu siyahıdan da cəmi iki siyasi məhbus – Fərhad Əliyev və Rafiq Əliyev əvf olunanlar arasındadır.

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Turan-ın müxbiri ilə söhbətində bildirib ki, digər 140 siyasi məhbus arasında 10 jurnalist və blogerin – Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Nicat Əliyev, Pərviz Həşimli, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanov (Ağaiddin), Tofiq Yaqublu (Müsavat Partiyasının sədr müavini və eyni zamanda “Yeni Müsavat” qəzetinin əməkdaşı) və Əvəz Zeynallı da var. Daha sonra iki hüquq müdafiəçisi (İlham Əmiraslanov və Bəxtiyar Məmmədov), 11 gənc fəal, o cümlədən NİDA hərəkatının 7 üzvü gəlir.

Bundan başqa, siyahıda 7 siyasi partiya və hərəkat fəalı, o cümlədən Azərbaycan Milli Dövlətçilik Partiyasının lideri Nemət Pənahlı, ReAl hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqova, Demokratik Qüvvələrin Milli Şurasının üzvü, hüquqşünas Qurban Məmmədov və başqaları var.

Daha sonra 64 nəfərdən ibarət böyük bir dindarlar qrupu var. Onlar arasında İslam Partiyasının lideri Mövsüm Səmədov və onunla birlikdə həbs edilmiş partiyanın 6 fəalı var. Elə buradaca “hicab məhbusları” qrupu – məktəblərdə hicabın qadağan edilməsinə etiraz aksiyasının iştirakçıları Taleh Bağırzadə və Abgül Süleymanov və başqaları var.

Bundan başqa, siyahıda 18 ömürlük məhbus var. Vaxtilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bu şəxslər dövlət çevrilişinə cəhd və digər siyasi cinayətlərdə ittiham edilərək, ölüm cəzasına məhkum ediliblər. Lakin ölüm cəzasının ləğvindən sonra onlara ömürlük həbs cəzası təyin edilib. Amma qanunun geriyə təsiri olmadığı üçün onlar haqqında ölüm hökmləri çıxarılarkən alternativ cəza müddəti 15 il azadlıqdan məhrumetmə idi. Bu zaman adı çəkilən şəxslərdən üçü – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov hələ 2001-ci ildə AŞ tərəfindən siyasi məhbus kimi tanınıb.

Daha 20 şəxs “Digərləri” kateqoriyasına aid edilib. Onlar arasında “Səid Dadaşbəylinin qrupunun işi” üzrə həbs edilənlər (2007-ci ildə bu iş üzrə 10 nəfər həbs edilib, onlar dövlət çevrilişi və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və konstitusiya dövlət quruluşunu devirməyə cəhddə ittiham olunublar), keçmiş səhiyyə naziri Əli İnsanov və xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev, Prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş zabiti Asif Lətifov və başqaları var. Bu kateqoriyadan Əliyev qardaşları azad edildikdən sonra 18 nəfər qalır.

Siyahıda barələrində hələ məhkəmə hökmü olmayan şəxslər də var. Lakin hüquq müdafiəçiləri onların işlərini açıq-aşkar siyasi motivli hesab edirlər.

Bundan əvvəl, avqustda Amnesty International da Azərbaycanda 14 məhbusu “vicdan məhbusu” kimi tanıyıb, onlardan 12-si barəsində hələ məhkəmə hökmü elan edilməmişdi.(contact)
Comment