0
Monday 21 October 2013 - 09:25

Gey-paradda qarşıdurma; 20 polis yaralandı

Story Code : 312794
Gey-paradda qarşıdurma; 20 polis yaralandı
AzNews.az “РИА Новости”yə istinadən xəbər verir ki, yaralı polislərdən birinin vəziyyəti olduqca ağırdır.
 
Hüquq-mühafizə orqanlarının yaydığı açıqlamaya görə, hadisə ilə bağlı 60 nəfər saxlanılıb ki, onlardan da 20-i yetkinlik yaşına çatmayanlardır. Saxlananlardan müxtəlif soyuq silahlar götürülüb.
 
Gey-paradda 100-ə yaxın cinsi azlıq nümayəndəsi iştirak edib və qarşıdurma aksiyaya qarşı çıxan çox sayda insanın parad keçirilən əraziyə gəlməsi nəticəsində baş verib.
 
Asayişi bərpa etmək üçün 2 min polis əməkdaşı cəlb edilib. Gey-parad şəhər rəhbərliyi ilə razılaşdırılmış aksiya olduğundan polis iştirakçıların təhlükəsizliyi müdafiə edib.
Comment