0
Monday 28 October 2013 - 16:46

Qonşu ölkədə hakim atasının qatilini bağışladı

Story Code : 315096
Qonşu ölkədə hakim atasının qatilini bağışladı
İslamazeri.az-ın “Shabestan”-a istinadən verdiyi xəbərə əsasən, İranda Ağır Cinayətlər Məhkəmənin məşhur hakimi atasının qatilini əfv edib.
 
Paytaxt Tehranda 4 il bundan öncə cəsədi evdən tapılan şəxsin qatili məlum olub.

88 yaşlı kişini boğaraq evindən oğurluq edən Mehrdad adlı şəxs saxlanılıb.

Qətlə yetirilən qoca Tehran Ağır Cinayətlər Məhkəməsinin hakimlər şurasının rəhbəri Nurullah Əziz Muhəmmədin atası olub.
 
Ölkə qanunvericiliyinə əsasən qətlə yetirilən şəxsin oğlu qatildən intiqam ala və ya bağışlaya bilərdi. Amma məşhur hakim intiqam haqqından imtina edib və qatili bağışlayıb.
 
O, atasının qatilinin cavan olduğunu və ona tövbə edib dürüst həyat yaşaması üçün şans vermək lazım olduğunu deyərək bildirib: “Mən özüm məşğul olduğum məhkəmələr zamanı bütün işlərdə ailələrdən cinayətkarı bağışlamalarını istəmişəm. Və hər zaman da düşünmüşəm ki, bəs görəsən bu hadisə mənim başıma gəlsə, nə edərəm?
Atamın ölümü mənim və ailəm üçün ağır olsa da düşünüb intiqam haqqımızdan istifadə etmək istəmədiyimizi bildirdim. Mən qatilin edam olunmaması üçün gərəkli yerlərə müraciət etdim və hakimləri də razı sala biləcəyimə ümid edirəm.”
 
O, sonda bütün insanlara örnək olacaq cümlə işlədib. “Əfv etməkdə olan ləzzət intiqamda yoxdur.”
Comment