0
Wednesday 30 October 2013 - 23:30

Bəxtiyar Qurbanov və Röyal Əsgərova hökm oxundu

Story Code : 316009
Bəxtiyar Qurbanov və Röyal Əsgərova hökm oxundu
Bəxtiyar Qurbanov və Röyal Əsgərova hökm oxundu
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu gün Səbael rayon məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında Dövlət İttihamçısı Bəxtiyar Qurbanov və Röyal Əsgərov barədə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.

Hakim Bəxtiyar Qurbanov və Röyal Əsgərova 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökm oxuyub.

Qeyd edək ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə (əmlakı qəsdən məhvetmə və zədələmə) ittiham irəli sürülüb.

10:25

Bu gün Səbael Rayon Məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun növbəti məhkəmə iclası keçiriləcək.

Hakim məhkəmə iclasını saat 10:15-ə təyin edib. Dövlət ittihamçısı çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar.

Onlar Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmağa cəhddə, özgə əmlakını qəsdən məhvetmə və zədələmədə ittiham olunurlar.
Source : İslamazeri
Comment