0
Thursday 31 October 2013 - 11:09

ABŞ Pakistanda 67 dinc sakini qətlə yetirib

Story Code : 316096
ABŞ Pakistanda 67 dinc sakini qətlə yetirib
Xarici mətbuatın verdiyi məlumata görə, ümumi qurbanların 3 faizini dinc vətəndaşlar təşkil edir.
 
Pakistanın müdafiə nazirliyi bildirib ki, bu, müstəqil təşkilatların dəyərləndirməsindən xeyli azdır. Məlumata görə, 2008-ci ildən etibarən ABŞ-ın pilotsuz uçan təyyarələrinin hücumu 67 dinc sakinin ölümünə səbəb olub.
 
Nazirliyin məlumatına əsasən, builki aviazərbələr nəticəsində dinc sakin həlak olmayıb. Belə ki, Amerika hərbi aviasiyası ümumilikdə 300-dən artıq hava zərbəsi endirib. Nəticədə 2 mindən çox insan öldürülüb.
 
Qeyd edək ki, Pakistanda bir çoxları ABŞ-ın pilotsuz uçan təyarələrinin bombardımanına etiraz edir. /anspress/
Comment