0
Sunday 3 November 2013 - 16:46

Qəzzaya hücum edən İsrail böyük bir şok yaşayıb

Story Code : 317535
Qəzzaya hücum edən İsrail böyük bir şok yaşayıb
Qəzzaya hücum edən İsrail böyük bir şok yaşayıb
Sionistlərin dünən axşam saat 11 radələrində başlatdığı əməliyyatda güclü bombardumana tutulan Xan Yunis bölgəsində ilkin məlumata görə iki fələstinli qətlə yetirilmiş və üç nəfər də yaralanmışıdr.

Sionistlərin havadan, qurudan və sudan eyni zamanda başlatdıqları əməliyyata Fələstin müqavimətindən həmin an içində cavab gəldi.

Müqavimətçilərin Sionistlərlə döyüşündə beş sionist əsgəri yaralanıb. Bu arada Qəzzaya girmək istəyən tankların tək-tək məhv edildiyi və bir sionist əsgərin də öldürüldüyü bildirilir.

Digər tərəfdən isə İsrailə qarşı raket hücumlarının həyata keçirildiyi və Aşkelon kəndindən alovlar ucalmağa başladığı bildirilir.

Sionist rejim ordusu işğala bəhanə olaraq üç həftə bundan əvvəl tapılan tunelin aşkar edilməsi müddətini göstərdi və həyata keçirdikləri əməliyyatı “tunel sökmə” əməliyyatı adlandırdılar. Sionist mənbələri keçən gecəki hadisələri “tunel sökmə əməliyyatı zamanı fələstinlilər bizə hücum etdi” şəklində ictimaiyyətə açıqladılar.

Fələstin mənbələri isə keçən gecə baş verən hadisələrdə sionist rejiminə aid apaçı vertalyotlarının havadan və döyüş qayıqlarının sudan Xan Yunus bölgəsinə hücum etdiyini və şəhərin şərqindən isə tankların şəhərə doğru irəlilədiklərini deyiblər. Qəzza Səhiyyə Nazirliyi tərəfindən ilk bir saat ərzində verilən məlumatda iki fələstinlinin həyatını itirdiyi və üç fələstinlinin isə yaralandığı bildirilib.

Həmas hökuməti tərəfindən edilən açıqlamada Fələstin müqavimətinin Fələstin xalqını qorumaqla vəzifəli olduğunu bildirərək işğal qüvvələrinə qarşı həyata keçirilən cavab əməliyyatları yüksək qarşılanıb.

Həmasın hərbi qanadı olan İzəddin əl Qəssam Tuqayları isə “surprizlərlə” dolu olan edəcəkləri açıqlamalari gözləməyi bildiriblər.

Bu arada Sionist rejiminin xəbər agentlikləri İsrail ordusunun Qəzzada müqavimət ordusu ilə qarşılaşma zamanı böyük şok yaşadığını demiş və İsrail tanklarına qarşı müasir silahlardan istifadə edilərək tankların məhv edildiyi bildirilmişdir.
Source : İslamtimes
Comment