0
Tuesday 5 November 2013 - 09:33

"Ən ağır cinayət hadisələrini törədənlərə belə 10 illik həbs cəzası verilmir"

Story Code : 317683
"Ən ağır cinayət hadisələrini törədənlərə belə 10 illik həbs cəzası verilmir"
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində həbs edilən “Azadxeber” saytının baş redaktoru Nicat Əliyevin və digər islamçıların hüquqlarının müdafiəsi ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə hüquq müdafiəçiləri, inanclı kəsim, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.    
 
Tədbirdə çıxış edən Dini Etiqad və Vicdan Azadlığınının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri  İlqar İbrahimoğlu diqqəti dindarlara qarşı repressiyaların artmasına yönəldib:
 
Neçə gün ərzində ən çox verilən suallardan biri budur ki, 10 il necə cəza verilə bilər? Çünki ölkə ağır cinayət törədənlər, qəsdən cinayət törədənlər, insan ölümü ilə nəticələnən hallarda 10 il cəza istənilmir. Burada aydın görünür ki, xüsusi bir yanaşma var. Düşünürəm ki, seçkidən sonra dini camiəyə verilən mesajların tərkib hissəsidir. Nicat Əliyevin həbsi siyasi qərardır, siyasi sifarişdir. Bu dini mühitə qarşı olan repressiyanın davamıdır. Mən əfsuslar edirəm ki, ölkənin demokratik və vətəndaş cəmiyyətlərinin onluq hissəsi bu gün burada görsənmir. Mən təəccüblənirəm, ifadə azadlıqları ilə bağlı ciddi bir mövzu ortadadır. Ancaq laqeydlik ortadadır.  Bu siyasət Azərbaycanın tolerantlıq və multikulturalizm modeli olması barədə fikirləri dağıdır". İ.İbrahimoğlu cəmiyyətin dindarlara və dindar olmayanlara parçalanması siyasətini qeyd  edib. O, vətəndaş cəmiyyətini dindarların hüquqlarının pozulmasına laqeyd qalmasına görə tənqid edib. Onun sözlərinə görə, cəmiyyət insan hüquqlarının pozulmasına qarşı mübarizədə səylərini konsolidasiya etməlidir. Çünki hakimiyyət özgə cür düşünənlərə qarşı kampaniya aparır.
 
Xatırladaq ki, N.Əliyev və daha 9 dindar 2012-ci ilin mayında “Eurovision” mahnı müsabiqəsi ərəfəsində cinayət məsuliyyətinə cəlb olunublar. Onlar Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən vərəqələrin və videodisklərin yayılmasında ittiham olunurlar. /Azadxeber/
Comment