Bu barədə çərşənbə günü aviaşirkətdən verilən məlumatda deyilir. Məlumata görə, Moskvadan uçuş yerli vaxtla 12:00-da həyata keçiriləcək, təyyarənin Naxçıvana enmə vaxtı 15:45-dir. Naxçıvandan uçuş 16:45-də, Moskvaya çatma vaxtı (Moskva vaxtı ilə) 18:30-da baş tutacaq. Moskva-Naxçıvan marşrutu üzrə biletin minimum qiyməti 160 avro təşkil edir. Bu "Atlant-Soyuz" aviaşirkətinin Azərbaycanda artıq ikinci istiqamətidir. Bundan əvvəl 2009-cu ilin avqust ayında Moskvadan Gəncəyə uçuşlar başlanıb.