0
Wednesday 6 November 2013 - 10:22

Zərif: "Bu həftə Qərblə razılığa gələ bilərik"

Story Code : 318054
Zərif: "Bu həftə Qərblə razılığa gələ bilərik"
"IslamTimes" xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "France24" kanalı ilə müsahibəsi zamanı bildirib ki, bu həftə baş tutacaq İran 5+1 danışıqlarında razılıq əldə oluna bilər. Bununla belə Zərif uyğun məsələ üçün vaxt təyin etməyə ehtiyac olmadığını bildirib.

O deyib: "Düşünürəm ki, qarşıdakı görüşdə razılaşma əldə olunmasa belə hansısa faciə üz verməyəcək. Görüləsi bir çox iş var. Hazırda İranda böyük etimadsızlıq mövcuddur."

Xatırladaq ki, İranla 5+1 arasında növbəti danışıqlar həftə sonu İsveçrədə baş tutacaq. İran iki həftə öncə öz təkliflər paketini 5+1 ölkələrinə təqdim edib və ümumi olaraq bu təkliflər 5+1 tərəfindən müsbət qarşılanıb.
Comment