0
Friday 23 July 2010 - 12:34

5 İsrail casusu ölkədən qaçıb

Story Code : 31956
5 İsrail casusu ölkədən qaçıb
5 İsrail casusu ölkədən qaçıb
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Livan hökuməti keçən il ortaya çıxan casusluq hadisəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət etməyi planlaşdırır.
Şübhəlilərdən biri Rasan Əl Cud adlı zabit təyyarə ilə Almaniyaya qaçıb. Onu hava limanına gətirən dostu da Rasan Əl Cudun səyahətinin məqsədini bilmədiyini söyləyib. Ölkənin təhlükəsizlik qüvvələri sərhəd bölgələrində yoxa çıxan digər 4 şəxsin axtarışına başlayıb.
Livanda keçən ilin aprel ayında həyata keçirilən istintaqdan sonra onlarla adam casusluğa görə həbs olunmuşdu. Ölkənin mövcud qanunları casusluq edənlər üçün ömürlük həbs və yaxud da edam cəzası nəzərdə tutur.
Comment