0
Sunday 10 November 2013 - 20:33

Suriyalı terroristlərə silah daşıyan gəmi saxlanıldı

Story Code : 319637
Suriyalı terroristlərə silah daşıyan gəmi saxlanıldı
"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, Avropadan olan mənbələr Suriyaya aparılan silah yükünün saxlanıldığı haqda xəbər yayıb. Xəbərdə bildirilir ki‚ Kipir və Yunanıstanın Dəniz Qüvvələri beynəlxalq sularda Suriyaya silah və insan daşıyan gəmini aşkarlayıb.

Misir və Liviyadakı təhlükəsizlik orqanları bu gəmi haqqında öncədən xəbər vermişdilər. Uyğun gəmi son iki ayda hər an izlənilib. Gəminin daşıdığı silah yükünün Tartusun Həmidiyyə məntəqəsində boşaldılması nəzərdə tutulurmuş. Gəmiyə baxış keçirildikdən sonra məlum olub ki, müxtəlif növ silahlarla yanaşı 280 nəfər liviyalı və misirli də olub.
Comment