0
Monday 11 November 2013 - 18:17

Əza məclislərinə hücum hazırlayan terrorçular həbs edildi

Story Code : 319966
Əza məclislərinə hücum hazırlayan terrorçular həbs edildi
Məhərrəm ayı ilə əlaqədar terror aktları hazırlayan xəvariclərə qarşı əməliyyat keçirilib.  "İraq Şam İslam Dövləti" adlı yezidi rəhbər, İmam Hüseyni (ə) düşmən olduğunu elan edən terrorçu-xəvariclər İraqda ilk hücuma məruz qalıblar.  Onlarla keçirilən əməliyyatda, çox sayda terrorçunun saxlanıldığı və məhv edildiyi önə çəkilir.  Yalnız Fəllucədəki əməliyyatla bağlı polis sçıqlama verib.  Açıqlamada bildirilir ki, təkfirçi-nasibilər kamikadze kəmər və partlayıcı qurğularla birlikdə həbs ediliblər, onlarla polisə müqavimət edən terrorçu isə məhv edilib.  Xatırladaq ki, "İraq Şam İslam Dövləti" adlı terrorçular 5 noyabrda şiələri hədəfə alan və əsl kimliklərini önə çəkən bəyanat yayıblar.
 
Bəyanatda onlar şiələrin Məhərrəm məclislrini hədəfə alacaqlarından başqa İmam Hüseynə qarşı əsil fikirlərini açıqlayıblar. Bəyanatın bir yerində deyilir: " İmam Hüseynin (ə) Muhəmməd Peyğəmbərin nəvəsi olmasına baxmayaraq yalnız hökümətə gəlmək üçün zamanın xəlifəsi olan Yezid İbni Muaviyəyə qarşı çıxdı". /islamazeri/
Comment