0
Monday 11 November 2013 - 20:43

Gəncə Aşura gününə yüksək səviyyədə hazırdır

Story Code : 320009
Gəncə Aşura gününə yüksək səviyyədə hazırdır
Gəncə Aşura gününə yüksək səviyyədə hazırdır
“Yeni Gəncə” qəzetinin araşdırmalarına əsasən demək olar ki, Azərbaycanın qədim diyarı olan, dini, milli-mənəvi dəyərlərini daim qoruyub saxlayan Gəncə şəhəri Aşura gününə hazırlıq işlərini yüksək səviyyədə başa çatdırıb. Belə ki, İmamzadə dini kompleksində təmir işlərinin getməsinə baxmayaraq, noyabrın 14-də həmin ziyarətgah ziyarətçilərinin üzünə açıq olacaq.

Bundan başqa, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə vətəndaşların rahatlığını təmin etmək üçün avtobuslar ayrılıb, çadırlar quraşdırılıb. Həmin gün şəhər məscidlərində ehsan süfrələri açılacaq.

Bütün məscidlər içməli su və işıqlandırma sistemi ilə təmin olunub. Həmçinin təcili tibbi yardım briqadaları insanların xidmətində olacaq. Ümumiyyətlə, İmam Hüseyn şəhəri Gəncədə Aşura gününün yüksək səviyyədə keçirilməsi üçün şəhər rəhbərliyi tərəfindən bütün lazımi tədbirlər görülüb.

Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin noyabrın 14-də Aşura günü ilə əlaqədar həyata keçirdiyi tədbirlər şəhərin bütün dindarları tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
Source : xeberim
Comment