0
Friday 15 November 2013 - 13:44

Aşura günü Azərbaycanda təxminən 1775 litr qan tədarük olunub

Story Code : 321160
Aşura günü Azərbaycanda təxminən 1775 litr qan tədarük olunub
Trend-in Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aksiyalar Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunun Mərkəzi Qan Bankında, habelə Bakı şəhəri "Təzə pir", "Mir-Mövsüm ağa", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər "Cümə məscidi"ndə, Gəncə şəhər "İmamzadə məscidi"ndə, Lənkəran şəhər "Böyükbazar məscidi"ndə, Mingəçevir şəhər "Heydər məscidi"ndə, Şəki şəhər "Cümə məscidi"ndə, Bərdə şəhər "Cümə məscidi"ndə, Mərkəzi Qan Bankının Quba və Şirvan bölmələrində təşkil edilib.
 
Təşkil olunmuş qanvermə aksiyalarda 4437 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1774.8 litr qan tədarük olunub.
 
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
 
Qeyd edək ki, 2012-ci ildə "Aşura günü"ndə keçirilmiş qanvermə aksiyalarda 4007 nəfər qan vermiş və 1602.8 litr qan tədarük olunmuşdu.
Comment