0
Tuesday 19 November 2013 - 23:47

İranın xarici işlər naziri Cenevrəyə yola düşüb

Story Code : 322642
İranın xarici işlər naziri Cenevrəyə yola düşüb
APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.
 
Onun sözlərinə görə, C.Kerri nüvə müzakirələrində iştirak etməyə müsbət yanaşır və məntiqli danışıqlara qatılmağa hazırdır. C.Psaki həmçinin ABŞ dövlət katibinin Cenevrə müzakirələrində iştirakla bağlı hələlik yekun qərar vermədiyini də deyib.
 
Bu arada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Cenevrə müzakirələrində iştirak edəcək və artıq bu gün İran müzakirə heyəti ölkəni tərk edib. M.C.Zərif Cenevrəyə Romadan yola düşəcək. Sabah Bakı vaxtı ilə saat 17:30-da M.C.Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçiriləcək. Bundan sonra İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri öz işinə başlayacaq.
 
Qeyd edək ki, noyabrın 20-21-də Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək.
Comment