0
Monday 25 November 2013 - 12:27

"İranla razılıq böyük addımdır"

Story Code : 324390
"İranla razılıq böyük addımdır"
Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Cenevrədə İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı dünyada stabillik və təhlükəsizliyin təminatı üçün əhəmiyyətli addım hesab edir. Bu barədə onun AK-nin saytına yerləşdirilən bəyanatında deyilir.
 
Cenevrədə keçirilən danışıqlar prosesində İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair razılıq əldə edilib. Razılaşmaya əsasən İran nüvə proqramı çərçivəsində işləri məhdudlaşdıracaq, beynəlxalq ekspertlərə daha genişmiqyaslı yoxlamalara icazə verəcək. Bunun əvəzində isə bu ölkəyə qarşı iqtisadi sansksiyalar zəiflədiləcək.
 
O, qeyd edib ki, dünya ictimaiyyətinin İranın nüvə proqramının dinc xaraketli olmasına inandırmaq üçün konstruktiv əhval ruhiyyədə danışıqları davam etdirməsi vacibdir. /musavat.com/
Comment