0
Monday 25 November 2013 - 22:35

Şahzadə bin Təllal: Riyad və Tel Əviv İran məsələsində eyni maraqları bölüşürlər

Story Code : 324974
Şahzadə bin Təllal: Riyad və Tel Əviv İran məsələsində eyni maraqları bölüşürlər
Şahzadə bin Təllal: Riyad və Tel Əviv İran məsələsində eyni maraqları bölüşürlər
“Uoll Street Journal”-a müsahibə verən səudiyyəli milyarder şahzadə İran ilə Qərb dövlətləri arasında Tehranın nüvə enerji proqramı üzərində əldə edilmiş razılığı tənqid etmişdir.

O deyib: “Səudiyyəlilər və israillilər hər ikisi də ta əvvəldən bəri İranın uranı zənginləşdirən bütün qabiliyyətini dondurmayan razılaşmanı qəbul etmədiklərini bəyan ediblər.”

Vəlid bin Təllal deyib ki, o İsrail baş naziri Benyamin Netanyahunun İran prezidenti Həsən Ruhani haqqında “quzu dərisi geyinmiş canavar” ifadəsi ilə tam razıdır.

O İsrail və Səudiyyə Ərəbistanın İran məsələsi üzərində maraqlarınını bölüşməsinə inanmadığını demiş və bildirmişdir ki, birinci səfərdir ki, Səudiyyə Ərəbistanın marağı İsrailin marağı ilə təmamilə eynidir.

O əlavə edərək deyib: “Səudiyyəlilər halhazırda çılşır ki, ABŞ prezidenti Barak Obamanı İranın yumuşaq danışıqlarına tabe olmaması üçün təsir göstərsin.”

Dörd günlük intensiv danışıqlardan sonra İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Britaniya, Çin, Rusiya, Fransa və üstəgəl Almaniya on illərdən bəri Qərb ilə İran arasında Tehranın nüvə enerji proqramı məsələsi üzərində mövcud olan mübahisəyə son qoyacaq razılığı əldə etdilər.

Yaxın Şərqdə 200-400 arası nüvə başlığına sahib olan və region üçün real təhlükə yaradan İsrail rejimi dəfələrlə İranı ölkənin nüvə enerji proqramı səbəbindən hərbi müdaxilə ilə təhdid edib.

Səudiyyə şahzadəsi deyib ki, o fikirləşir ki, pis diplomatik razılaşmadansa İranın nüvə potensialını neytrallaşdıracaq hərbi hücuma üstünlük vermək daha məqbuldur.

“Sunday Times” qəzetinin bu yaxınlarda verdiyi məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı İsrailə İrana qarşı öz hava məkanından təmamilə istifadə etməyə icazə verib.

Qəzet diplomatik mənbədəki adı açıqlanmayan rəsmiyə istinad edərək deyib ki, səudiyyəlilər çox narahatdırlar və İsrailə İrana qarşı bütün ehtiyac duyduqları yardımları etməyə hazırdılar.
Source : Islamtimes
Comment