0
Thursday 29 July 2010 - 06:10

Üsyançılar paytaxtı ələ keçirməyə çalışır

Story Code : 32529
Üsyançılar Moqadişonu ələ keçirməyə çalışır
Üsyançılar Moqadişonu ələ keçirməyə çalışır
APA-nın voanews.ru saytına istinadən verdiyi xəbərə görə, döyüşlər Hizbul İslam qruplaşmasının yaraqlıları hökumət binalarına hücum edəndən sonra başlayıb. Ölənlər sayı barədə məlumatı Moqadişo Təcili Tibbi Yardım xidmətinin rəhbəri Əl Musa verib. Üsyançılar BMT-nin dəstəklədiyi keçid hökumətinin nəzarətində olan Moqadişonun son bir neçə ərazisini də ələ keçirməyə çalışırlar. Hökumət Afrika Birliyi sülhməramlılarının köməyi ilə hava və dəniz limanı, o cümlədən prezident sarayını öz nəzarətində saxlayır.
Comment