0
Friday 29 November 2013 - 23:29

ABŞ: İsraili yaddan çıxartmamışıq

Story Code : 325936
ABŞ: İsraili yaddan çıxartmamışıq
ABŞ: İsraili yaddan çıxartmamışıq
ABŞ və İsrail İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və üstəgəl Almaniya arasında imzalanmış nüvə razılığının altı aydan sonra baş çatacağı bir müddətdə İranı qorxutmaq üçün may ayında birgə hərbi təlimlər keçriməyi planlaşdırırlar.

“Time” jurnalına müsahibə verən adı çəkilməyən İsrail rəsmisi deyib ki, bu müharibə oyunundan məqsəd İrana təhdid mesajı verməkdir.

Cümə axşamı günü Press TV-yə müsahibə verən amerikalı siyasi analitik Villiam Cons deyib: “Bu mesaj ehtimal ki, bir sıra şəxslərə göndərilib. Mən güman edirəm ki, bu açıq-aşkar İrana bir xəbərdarlıqdır. Ancaq mən həmçinin fikirləşirəm ki, bu həm də imzalanmış nüvə razılığından son dərəcə qəmgin olan və hər an bu müqavilənin şərtlərini pozacaq bir şey edə bilən israillilər üçün də bir mesajdır ki, Vaşinqton onları unutmayıb.”

İran və 5+1 qrupu 24 noyabr tarixində İsveçrənin Cenevrə şəhərində Qərbin Tehran ilə nüvə enerji məsələsi üzərində on illərdən bəri mövcud olan mübahisəsinə son qoymasını kömək edəcək nüvə razılşamasını imzaladılar.

May ayına planlaşdırlımış ABŞ-İsrail hərbi təlimlərinin təşkili israillilərin imzalanmış nüvə razılığına qəzblənməsindən sonra onları sakitləşdirmək üçün Vaşinqton tərəfindən elan edildi.

Cons deyib: “Bu cür vədlər nə qədər də simvolik olsa Vaşinqtonun israilliləri unutmadığını göstərir. ”
Source : Islamtimes
Comment