0
Wednesday 4 December 2013 - 12:35

ABŞ-a qarşı terror təhlükəsi artmaqdadır

Story Code : 327278
ABŞ-a qarşı terror təhlükəsi artmaqdadır
ABŞ-a qarşı terror təhlükəsi artmaqdadır
Bazar günü CNN telekanalına müsahibə verən kəşfiyyat komitəsinin sədri Mike Rogers deyib: “Təhlükənin səviyyəsi heç vaxt bu günkü kimi müxtəlif və çox miqyaslı olmamışdır.”

O deyib : “Ekstremistlər daha ciddi cəhdlərlə çalışdıqca, sən də onları dayandırmaq üçün daha yüksək səviyyədə hazır olmalısan, bax bizim problemimiz də budur.”

Rogers və senatın kəşfiyyat komitəsinin sədri Diana Feynşteyn əl Qaidənin ABŞ üzrə sözçüsü bütün dünyada Amerikanın maraqlarına qarşı terror hücumlarının təşkil ediləcəyi haqqında açıqlama verdiyi gün televiziyaya çıxaraq mövcud terror təhlükəsini müzakirə etmişdilər.

Senator feynşteyn deyib: “İndi həmişəkindən daha çox bizə təhlükə yarada biləcək qruplar mövcuddur. Fəlakətlər qarşıdadır, bir sıra hücumlar qarşıdadır, yeni bombalar peyda olub və bu bombalar artıq maşınlara yüklənir.”

Rogers deyib ki, ABŞ gizli dinləmələri haqqında sızan məlumatlar Amerikanın təhlükəsizliyini müdafiə etmək üçün kəşfiyyat komitəsinin işini iflic edib.

Senator əlavə edərək deyib ki, əl Qaidə ABŞ kəşfiyyat məlumatlarının bütün dünyaya sızmasından istifadə edərək öz taktika metodlarını dəyişmişdir.

Milli Təhlükəsizlik Agentliyinin sabiq işçisi Edvard Snouden iyun ayında bu agentlik haqqında mətbuata gizli məlumatlar ötürməyə başladı.

Sızan məlumatlar nəticəsində məlum oldu ki, Milli Təhlükəsizlik Agentliyi milyonlarla amerikalının telefon danışıqlarını dinləyir və mesajlarını qeydə alır.
Source : Islamtimes
Comment