0
Monday 2 December 2013 - 12:53

İsrail mediası: Peres Əbu Dabi sammitində ərəb və müsəlman liderlərə müraciət edib

Story Code : 327281
İsrail mediası: Peres Əbu Dabi sammitində ərəb və müsəlman liderlərə müraciət edib
İsrail mediası: Peres Əbu Dabi sammitində ərəb və müsəlman liderlərə müraciət edib
İsrailin gündəlik dərc edilən “Yedioth Ahronoth” qəzetinin bazar ertəsi günü verdiyi məlumatda deyilir ki, Şimon Peres Fars Körfəzi ölkələri, Ərəb Liqası ölkələri və digər müsəlman dövlətlərin xarici işlər nazirləri qarşısına çıxıb.

Səudiyyə Ərəbistanın kralının oğlu da həmçinin həmin sammitdə iştirak edirdi.
Peres Fars Körfəzi Təhlükəsizlik Sammitinə Yerusəlimdəki öz ofisində arxasında İsrail bayrağı olan halda canlı video bağlantı ilə qatılıb.

Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Kuveyt, Oman, Yəmən və Qətər, həmçinin Ərəb liqası və İndoneziya, Malayziya və Banqladeş kimi digər müsəlman dövlətlərin xarici işlər nazirləri də bu sammitdə iştirak ediblər.

Peresin qarşsında BMT baş katibinin müavini Terce Larsen və ABŞ-ın İsrail-Fələstin danışıqları üzrə xüsusi nümayəndəsi Martin İnduk dayanmışdır.

Larsen kürsüdə əyləşərək Perseden müsahibə alırdı və Pres də xarici işlər nazirlərinə yox, birbaşa Larsenə cavab veriridi.

Əvvəlcədən razılaşdırılmış plana əsasən xarici işlər nazirləri birbaşa Peresden sual soruşa bilməzdilər. Əlavə olaraq sammitin təşkilatçıları əvvəlcədən şərt qoymuşdular ki, Peres yalnız onun danışığı ictimaiyyətə açıqlanmamaq şərti ilə sammitə qoşulacaq.

Qəzet həmçinin bildirib: “Sammitin təşkilatçısı olan Birləşmiş Ərəb Əmirliklərinin Peresi assambleyanın açılışını etmək üçün seçməsi göstərir ki, ərəb dövlətlərinin İsrail ilə çox yaxşı münasibətləri var, məxsusən də vahid düşmənləri olan İrana mövzusunda.”

Sammitdə iştirak edən Nyu York Times qəzetinin baş analitiki Tomas Freydman deyib ki, İsrail prezidenti çıxışı zamanı bir sıra məsələlərə toxunub.

O deyib ki, Peres sammitdə İsrailin Yaxın Şərqdə mühüm faktor olduğunu və radikal islama və nüvə İranına qarşı mübarizədə dialoqların təşkil edilməsinin mühümlüyünə toxunmuş və dünya sülhü haqqında öz fikirlərini açıqlamışdır.
Source : Islamtimes
Comment