Ağ Ev bəzi konqresmenlərə İranla bağlı xəbərdarlıq edib
Story Code : 327368
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karni bildirib ki, artıq Barak Obama administrasiyası İrana qarşı sonradan tətbiq edilməsi məqsədilə sanksiya layihələrinin qəbul olunmasının əleyhinədir: “Çünki mövcud şərtlərdə İrana qarşı yeni sanksiyaların tətbiqi bu ölkənin nüvə məsələsinin sülh yolu ilə həllinə çətinlik törədəcək. Ona görə də ABŞ Konqresindən bu istiqamətdə hər hansı bir mənfi addım atmamasını istəyirik”.