0
Saturday 7 December 2013 - 13:14

Sionist media: İsrail Səudiyyə Ərəbistanı ilə müttəfiq olmaq şansını əldən verməməlidir

Story Code : 328233
Sionist media: İsrail Səudiyyə Ərəbistanı ilə müttəfiq olmaq şansını əldən verməməlidir
Sionist media: İsrail Səudiyyə Ərəbistanı ilə müttəfiq olmaq şansını əldən verməməlidir
İsrailin gündəlik dərc edilən Yediot Ahronot qəzeti məlumat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı və İsrail arasında olan münasibətləri pik həddədir və onlar birgə İran nüvə enerji proqramına və Hizbullaha qarşı mübarizə aparmaq haqqında razılığa gəliblər.

İsrailli analitik deyib ki, Səudiyyə Ərəbistanı ABŞ-a xatir Suriyadan əl çəkən deyil və hələ də Suriyada öz müharibəsini davam etdirmək üçün əlində əl Qaidə kimi terror qruplaşmaları var.

İsrailin bəzi yüksək vəzifəli rəsmiləri deyib ki, halhazırki şəraitdə Səudiyyə Ərəbistanı ilə müttəfiq olmaq üçün tarixi bir şərait yaranıb və gərək İsrail bu şansdan istifadə edə.

Sionist medaisının daha sonra bildirdiyinə görə “eyni düşmən” və eyni iqtisadi maraqlar hər iki ölkəni bu müttəfiqliyi yaratmağa gətirib çıxaracaq.
Source : Islamtimes
Comment