0
Monday 9 December 2013 - 23:42

ABŞ İran ilə münasibətləri inkişaf etdirməkdə qərarlıdır

Story Code : 329036
ABŞ İran ilə münasibətləri inkişaf etdirməkdə qərarlıdır
ABŞ İran ilə münasibətləri inkişaf etdirməkdə qərarlıdır
Bazar günü Press TV-yə müsahibə verən Henderson deyib: “İran ilə yola getmək, dost olmaq və bu layihə çərçivəsində irəliyə getmək bizim maraqlarımız çərçivəsindədir.”

O bu açıqlamanı ABŞ konqresinin böyük neft şirkətlərinə İran ilə ticarəti bərpa edəcəkləri təqdirdə ciddi cəza ilə qarşılaşacaqlarını bildirdikdən sonra etdi.

O deyib: “Bir çox Konqres üzvlərinin hələ də İrana qarşı düşmənçiliyi mövcuddur. Konqresin bəzi liberal üzvləri İrana qarşı tək sanksiyalar haqqında danışmaqla kifayətlənmir, həmçinin bunu siyasiləşdirmək istəyirlər.”

Handerson bu cür anti-İran siyasəti ikili siyasət adlandırmış və demişdir ki, ABŞ Yaxın Şərqdə monarxiya olan bəzi ölkələr ilə ticarət əlaqələrinə sahibdir.

O qeyd edərək bildirib: “ABŞ-ın Yaxın Şərqdəki dostları hamısı monarxiya rejimləridir və Səudiyyə Ərəbistanı və İsrail kimi bu dövlətlər terrorizmi dəstəkləyirlər və tarix boyu ABŞ-ın düşmənləri demokratik dövlətlər olmuşdur.”

“The Foreign Policy” jurnalına müsahibə verən bir sıra amerika rəsmiləri növbəti altı ay ərzində beynəlxalq şirkətlərin İran neft bazarı ilə ticarət əlaqələrini genişləndirmək məsələsində narahat olduqlarını ifadə ediblər.
Source : Islamtimes
Comment