0
Sunday 8 December 2013 - 07:08

Ərdoğan Putinə zəng etdi

Story Code : 329064
Ərdoğan Putinə zəng etdi
Ərdoğan Putinə zəng etdi
Çelik Gülən hazırlıq kurslarının bağlanılmamsı üçün Baş nazir Ərdoğanın beynəlxalq diplomatiya icra etdiyini açıqladı. Çelik Ərdoğanın Gülən kursları üçün Rusiya, Qazaxıstan və Tatarıstan dövlət başçılarına şəxsən zəng etdiyini söylədi.

2004 MTŞ qərarlarının sızdırılmasıyla AKP və Gülən camaatı arasındakı münasibət çox gərginləşdi.
AKP cinahı irtica və Gülən hərəkatı ilə mübarizə etmədiklərini izah edə bilmək üçün dövlət sənədləri və məlumatlarını açıqlayır.
Bu çərçivədə “Star” qəzetinə müsahibə verən AKP spikeri Hüseyin Çelik Baş nazir Ərdoğanın “Gülən camaatının hazırlıq kursları bağlanmasın” deyə beynəlxalq diplomatiya icra etdiyini açıqladı. Çelik Ərdoğanın Rusiyadakı Gülən qrupuna aid məktəb və kursların bağlanmaması üçün şəxsən Rusiya prezidenti Viladamir Putinə zəng etdiyini söylədi.

Çelik Ərdoğanın Putinə zəng etməsi hadisəsini belə izah etdi:
“Hörmətli baş nazir Putinə zəng edərək bu mövzuya verdiyi əhəmiyyəti şəxsən cənab Putinə izah etdi. Ən əhəmiyyətli nüans hörmətli Prezidentimiz, hörmətli Baş nazirimiz və bütün nazirlərimiz getdikləri ölkələrdə o ölkələrin hökumət başçıları və ya nazirləriylə gedib bu məktəbləri, kursları ziyarət etmələridir. Bu səbəbdən bu məktəblərin ölkələrdəki mövqeyi və əhəmiyyətinə bir mənəvi qatqı oldu bu. Bunu əslində oradakı insanlar da bilir. Hal-hazırda Gülən camaatın tanınan şəxsləri də bunun belə olduğunu bilir.
Ərdoğanın vasitəçiliyi bununla bitmir. Qazaxıstan və Tatarıstan rəhbərlikləriylə də şəxsən görüşərək Gülən məktəblərinin bağlanmaması üçün rica etdi.”

ulusalkanal
Source : Islamtimes
Comment