0
Wednesday 11 December 2013 - 23:57

Azərbacanlılar türk nazirindən niyə narazıdır?

Story Code : 329796
Azərbacanlılar türk nazirindən niyə narazıdır?
Azərbacanlılar türk nazirindən niyə narazıdır?
Bu günlərdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana gözlənilən səfəri barədə yayılan məlumatlarda iddia olunur ki, türk diplomatı “iki rayon” təklifi ilə gedir.

İddiaya görə Ermənistan işğal altında saxladığı Qarabağın 7 rayonundan ikisini qaytarmaq şərti qarşılığında Türkiyənin də bu ölkə ilə sərhədləri açması mümkün ola bilər. Bu iddia ilə bağlı Türkiyənin rəsmi dairələri sussa da, sosial şəbəkələrdə Ərdoğanın “qonşularla sıfır sorun” formulu çərçivəsində aparılan danışıqların növbəti addımı kimi dəyərləndirilir.

Təklifə Ermənistan cəmiyyətindən də reaksiyalar gəlməkdədir, bu günlərdə bir neçə ictimai birlik nümayəndələrinin verdiyi bəyanata görə türk diplomatının təklifi yolverilməzdir və Ermənistan bunu qəbul etməyəcək.

Digər tərəfdən Azərbaycan cəmiyyəti də bununla razılaşmadığını, işğal altında olan bütün rayonları və Dağlıq Qarabağı Ermənistanın azad etməsini tələb edir. Bundan başqa azərbaycanlılar bir qədər də Türkiyə hakimiyyətindən narazı qalıblar, çünki bu ölkənin rəsmi mövqeyinə görə Azərbycan ərazi bütövlüyünü təmin etməsə Türkiyənin Ermənistanla sərhəd açılımı ola bilməzdi. Ancaq Davudoğlunun təklifi bu mövqeyin dəyişməsindən xəbər verir.
Source : Islamtimes
Comment