0
Monday 16 December 2013 - 19:03

Yəmən ABŞ-ın pilotsuz təyyarələrinə qadağa qoydu

Story Code : 331059
Yəmən ABŞ-ın pilotsuz təyyarələrinə qadağa qoydu
ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Yəmən Məclisi bu barədə qanun qəbul edib.
 
Məclis yeni qanunu ABŞ ordusunun "Əl Qaidə" terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda mülki şəxslərin də öldürülməsi səbəbindən verib. Artıq Yəmən höküməti qanun icrasını öz üzərinə götürüb.
 
Qeyd edək ki, 2002-ci ildən ABŞ Yəmən ərazisində terror qruplarına qarşı əməliyyatlar həyata keçirir. Yəmən administrasiyası indiyə kimi ABŞ-ın keçirdiyi əməliyyatlara qarşı heç bir etiraz bildirməyib.
 
ABŞ ordusunun "Əl-Qaidə" üzvlərinə hədəflənmiş son avia zərbələri zamanı 13 mülki şəxs həyatını itirib, 20 nəfərsə yaralanıb. Bu isə Yəməndə etirazla qarşılanmışdı.
Comment