0
Tuesday 3 August 2010 - 13:08

İsrail Türkiyədən üzr istəməli və dəyən ziyanın əvəzini ödəməlidir

Story Code : 33131
İsrail üzr istəməlidir
İsrail üzr istəməlidir
Bu barədə bazar ertəsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonla danışarkən bildirib. Xəbəri Anadolu agentliyi yayıb.
Agentliyin məlumatına görə, bazar ertəsi Davudoğlu BMT-nin Baş katibi Pan Gi Munun "Azadlıq donanması" ilə baş vermiş insidentin araşdırılması ilə bağlı İsrailin BMT komissiyası ilə əməkdaşlığa razılıq verməsini elan etməsindən əvvəl Ərdoğana zəng edib.
Ərdoğan söhbət zamanı XİN başçısına araşdırmanın gedişini diqqətlə izləməyi tapşırıb.
Qəzza sektorunun blokadasını yararaq humanitar yardım və hüquq müdafiəçilərindən ibarət nümayəndə heyəti ilə yürüş edən "Azadlıq donanması" mayın 31-də gecə Aralıq dənizində İsrail HDQ tərəfindən ələ keçirilib. Əməliyyat zamanı yürüşün milliyyətcə türk olan doqquz iştirakçısı həlak olub, onlarca adam yaralanıb, yüzlərlə insan həbs edilib, sonradan deportasiya olunub. Fələstinliləri müdafiə edən fəalların sərt müqaviməti ilə üzləşən yeddi israilli "komandos" da yaralanıb.
Bazar ertəsi BMT-nin Baş katibi Pan Gi Mun "Azadlıq donanması" ilə baş vermiş insidentin araşdırılması üzrə dörd nəfərdən ibarət komissiyanın yaradıldığını elan edib.
Bundan əvvəl "Kol Usrael" radiosu İsrailin "Azadlıq donanması" ilə baş vermiş insidentin beynəlxalq araşdırılmasına razılıq verdiyini xəbər verib. İndiyədək İsrail hakimiyyəti istintaqın beynəlmiləlləşdirilməsi barədə çağırışları rədd edir və onu müstəqil şəkildə aparmağa üstünlük verirdi.
Comment