0
Wednesday 18 December 2013 - 23:30

Hakan Şükür AKP-dən istefa etdi

Story Code : 332000
Hakan Şükür AKP-dən istefa etdi
Hakan Şükür AKP-dən istefa etdi
Hakan Şükürün istefa xəbəri siyasət meydanlarına bomba kimi düşdü. Hakan Şükür AKP-dən istefa qərarının yazılı açıqlamasını bu sözlərlə başladı:
“Son günlərdə yaşanan və vicdan sahibi hər kəsi dərindən üzən bəzi hadisələrdən sonra aşağıdakı açıqlamanı etmək zərurəti yarandı. Əvvəlcə bunu ifadə etməliyəm ki, siyasət mənim üçün heç bir zaman birinci növbədə olmadı. Amma Hörmətli Baş nazirin səmimi dəvətini qəbul etməmək təmsil etdiyi məqama və şəxsinə olan hörmətimə yaraşmazdı. Ailəmin də dəstək və dualarını alaraq Hörmətli Baş nazirin dəvətini qəbul etdim. AKP son 11 ildə Türkiyədə çox əhəmiyyətli müvəffəqiyyətlərə və islahatlara imza atdı. Ancaq kurslarla başlayan müddətdəki mənasız rəftarlarla bir çox vicdan əhlini təhqir etmiş oldu”.
Yazılı açıqlamasında Fətullah Gülənə olan sevgi və hörmətini, hazırlıq kursları məsələsi, AKP 11 illik fəaliyyəti və s. kimi mövzulara geniş yer verən Hakan Şükür şərhini bu sözlərlə başa vurdu:
“Açıqlayacağam bu qərardan sonra mənə qarşı bəzi qaralama kampaniyalarının da başlayacağını bilirəm. İdman həyatımdan bəri bənzərlərini dəfələrlə yaşadığım bu vəziyyətə vərdiş etmişəm… Bu duyğularla açıqlamama son verərkən böyük ümidlərlə girdiyim AKP-dən kədərlənərək istefa etdiyimi, millətin vəkili olaraq siyasi həyatıma müstəqil olaraq davam edəcəyimi bildirirəm”.
Source : Islamtimes
Comment