0
Saturday 21 December 2013 - 08:43

11 min xarici terroristə Türkiyədən tonlarla silah göndərildi

Story Code : 332727
11 min xarici terroristə Türkiyədən tonlarla silah göndərildi
11 min xarici terroristə Türkiyədən tonlarla silah göndərildi
“Rusiya Today” elektron saytı Mərkəzə istinadən 2011-ci ilin sonu ilə 10 dekabr 2013-cü il tarixləri arasında Suriyaya 3,3 - 11 min arasında xarici vətəndaşın silahlı müxalif qruplara qatılmaq üçün getdiyini ortaya çıxararkən, bu rəqəmlərin Suriyada indi də döyüşməkdə olanlar, ölkələrinə geri dönənlər, tutulan və öldürülənləri əhatə etdiyini bildirdi.

Mərkəz xaricilərin 80%-nin Ərəb və Avropalılardan ibarət olduğunu, qalanların isə Cənub-Şərqi Asiyadan olduqlarını ifadə etdi.

Mərkəzin məlumatlarına görə, vuruşanların 18%-i Fransa və İngiltərə olmaqla Qərbi Avropadan, təxminən 70%-nin isə Yaxın Şərq ölkələrindən gəldikləri bildirilir.
Bundan başqa fransız yazar Jerome Bastion Türkiyədən Suriyaya yüzlərlə ton silah və sursatı keçən on ay içərisində Suriyadakı silahlı terror qruplarına daşındığını ifadə edən rəsmi məlumatları ortaya çıxardı.

Bastion “Türkiyənin Suriyadakı terroristlərə silah daşıdığını hər zaman təkzib etdiyinə və keçən ay içərisində silah-sursatla dolu bir TIR-ın tutulduğunu və sürücünün isə bunların Qaidə təşkilatına bağlı qruplara təslim ediləcəyini etiraf etdiyinə diqqət çəkdi.
Yazar rəsmi və açıq rəqəmlərlə dəlilərin ictimaiyyətə açıq olduğuna və BMT Ticarət bəyanatlarının internet saytlarında qeyd olduğunu ifadə etdi.

Bu silahların Suriyaya çatdığını açıqlayan yazar ictimaiyyət araşdırmalarının son aylarda Suriyaya çox sayda silahın keçdiyini ortaya çıxardığını, iyun ayında 3,6 ton, iyulda 4,4 ton, avqust ayında da 10 ton silahın Guta bölgəsinə təslim edildiyini, daha sonra sentyabr ayında bütün hər kəsin Suriyaya qarşı hərbi çevriliş gözlədiyi bir anda 29 ton, oktyabr ayında da 23 ton silahın təslim edildiyinə diqqət çəkdi.
Source : Islamtimes
Comment